Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (5-11-2018, 11:25)
Ən çox pomidor və qızıl satırıq - İXRAC İCMALI

Ən çox pomidor və qızıl satırıq - İXRAC İCMALI

 

Bu ilin on ayında xaricə qeyri-neft sektoru üzrə 1 milyard 207 milyon ABŞ dolları dəyərində mal ixrac edilib.

Mediatv.az  xəbər verir ki, İxrac İcmalına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə artım 13% təşkil edib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 14,3 milyard ABŞ dolları olub. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixracda dinamik artım müşahidə olunub və cari ilin doqquz ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon ABŞ dolları olub. 

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 138 milyon ABŞ dolları və ya 13 faiz artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 402,2 milyon, Türkiyəyə 275,6 milyon, İsveçrəyə 105,2 milyon, Gürcüstana 97,4 milyon və Qazaxıstana 34,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin doqquz ayı ərzində Rusiyaya qeyri-neft ixracı 10 faiz, Türkiyəyə 23 faiz, İsveçrəyə 7,7 faiz,Qazaxıstana 61 faiz artıb, Gürcüstana isə 1,5 faiz azalıb. 

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (144,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 93 milyon ABŞ dolları) ikinci olub. Üçüncü yerdə isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (67,6 milyon ABŞ
dolları) qərarlaşıb. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024