Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Dünən, 22:59)
Adnan Əhmədzadə və “kabus neft quyuları”: Fırıldaqçılıqdan milyaderliyə gedən yol!

 

Məlum olduğu kimi, bir müddət bundan öncə SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub. Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Adnan Əhmədzadənin həbsindən sonra sabiq rəhbər müavini ilə bağlı media və sosial şəbəkələrdə çoxlu sayda informasiyalar, foto faktlar yayılmağa başlayıb. Hansı ki, bu fotolarda Adnan Əhmdəzadənin krallara layiq dəbdəbəli həyatı öz əksini tapıb.
Məlum olaydan sonra Adnan Əhmədzadənin dövlət vəsaitini mənimsəməsinin üsul və strategiyası ilə bağlı da KİV-də müxtəlif iddialar yer alıb ki, bunların nə dərəcədə doğru və ya yanlış olduğu istintaq prosesində üzə çıxacaq. Odur ki, indiki məqamda bu iddialardan hansının doğru, yaxud yanlış olduğu əminliklə iddia edilə bilməz.
Cəmiyyətdə yer alan və böyük maraq doğuran bu cür iddialardan biri də Adnan Əhmədzadənin kağız üzərində xəyali neft quyuları “qazdırması” və daha sonra həmin neft quyularının səmərəsiz olduğunu iddia edərək bu quyuların sərfiyyatına ayrılan pulları mənimsəməsidir. Hələlik bütün digər iddialar kimi bu iddia da rəsmi mənbəyə söykənməsə də, bütün digər ehtimallar kimi bu mülahizənin də yoxlanılmasında fayda var. Ola bilsin ki, Adnan Əhmədzadə və “kabus neft quyuları” ilə bağlı cəmiyyətdə dolaşan bu iddialarda az və ya çox dərəcədə həqiqət pay olsun. Ancaq bir daha qeyd edək ki, bütün bu iddiaların doğru və ya yalan olması istintaq və məhkəmə prosesində öz əksini tapacaq.
 Hələlik isə məlum olan bir həqiqət var: Bu da Adnan Əhmədzadənin milyaderliyə gedən yolunun fırıldaqçılıqdan keçdiyi gerçəyidir. Hansı ki, Adnan Əhmdəzadəyə qarşı irəli sürülən külli miqdarda mənimsəmə ittihamı bu gerçəyin nə qədər ciddi olduğunu göstərir.

    Mediatv.azшаблоны для dle 11.2

Xəbər lenti
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025