İqtisadiyyat (13-07-2017, 12:17)
Beş ayda alıb-satdıqlarımız açıqlandı
Bu ilin yanvar-may aylarında ölkənin hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları icra edib. 96 ölkəyə məhsul ixrac olunub və 159 ölkədən idxal həyata keçirilib.
İxrac 7,9, idxal isə 27,6 faiz azalıb
Mediatv.az Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8882,1 milyon dollar, o cümlədən ixracın dəyəri 6065,2 milyon dollar, idxalın dəyəri 2816,9 milyon dollar təşkil edib.
Nəticədə 3248,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2016-cı ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,5 faiz artıb, real ifadədə isə 15,8 faiz, o cümlədən ixrac 7,9 faiz, idxal 27,6 faiz azalıb.
İxracda İtaliya, idxalda Rusiya
Ticarət dövriyyəsinin 38,9 faizi Avropa İttifaqı ölkələri, 13,0 faizi MDB üzvü dövlətləri, 48,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
İxracın dəyərinin 21,2 faizi İtaliyaya, 13,3 faizi Türkiyəyə, 4,7 faizi Portuqaliyaya, hər biri 4,6 faiz olmaqla, Gürcüstan və Kanadaya, 4,5 faizi Rusiyaya, 4,4 faizi Almaniyaya, 4,2 faizi Çinə, 4,0 faizi İsrailə, 3,9 faizi Hindistana, hər biri 3,8 faiz olmaqla, Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 23,0 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunan məhsulların dəyərinin 19,3 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,7 faizi Çinin, 5,1 faizi Almaniyanın, 4,8 faizi Ukraynanın, 4,2 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,4 faizi Birləşmiş Krallığın, 3,1 faizi İranın, 2,1 faizi Qazaxıstanın, 2,0 faizi Fransanın, 25,5 faizi isə digər ölkələrin payına düşüb.
Qeyri-neft məhsullarının ixracı artıb
2017-ci ilin yanvar-may aylarında 556,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da 2016-cı ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə isə 19,8 faiz çoxdur.
2017-ci ilin yanvar-may aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 68,6 faiz, təzə meyvə – 67,5 faiz, kartof – 25,9 faiz, tütün – 48,6 faiz, bitki yağları – 21,1 faiz, çay – 52,2 faiz, meyvə və tərəvəz şirələri – 90,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,2 faiz, meyvə və tərəvəz konservləri – 5,7 faiz, pambıq lifi – 6,2 dəfə, bentonit gili – 3,8 dəfə artıb.
Şəkər ixracı isə 7,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,6 faiz, polietilen – 0,6 faiz, emal olunmamış alüminium – 31,2 faiz, qara metallardan borular – 14,9 faiz, qara metallardan yarımfabrikatlar – 64,5 faiz, pambıq ipliyi – 30,1 faiz azalıb.
Ət idxalı 2,6 dəfə çoxalıb, buğda idxalı 38,4 faiz azalıb
2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 2017-ci ilin yanvar-may aylarında xam şəkər və şəkər idxalı 1,6 faiz, təzə meyvə – 14,1 faiz, çay – 5,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,4 dəfə, mal əti – 2,6 dəfə, minik avtomobilləri – 15,5 faiz, polad prokatı – 5,6 faiz, hesablama maşınları, blok və qurğuları – 2,1 dəfə, mebel – 17,3 faiz, qara metallardan çubuqlar – 28,4 faiz, rezin şinlər –61,2 faiz, mineral gübrələr – 5,4 dəfə, qara metallardan künclüklər – 35,1 faiz, məişət kondisionerləri – 49,2 faiz, paltaryuyan maşınlar – 2,2 dəfə, yük avtomobilləri – 70,1 faiz, avtobuslar – 9,4 faiz artıb.
Buğda idxalı isə 38,4 faiz, bitki yağları – 26,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,7 faiz, kartof – 6,4 faiz, təzə tərəvəz – 43,3 faiz, qara metallardan borular – 67,5 faiz, polietilen – 31,1 faiz, sement və sement klinkerləri – 91,5 faiz, məişət soyuducuları – 44,5 faiz azalıb