Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Cəmiyyət (10-05-2017, 10:27)
"Aqrolizinq" indiyədək 28 mindən çox texnika satıb

"Aqrolizinq" indiyədək 28 mindən çox texnika satıb

 

 

 

Ölkədə uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına kənd yerlərinin sosial infrastrukturunun köklü şəkildə yaxşılaşdırılması kənd yerlərində yaşayan əhalinin rifahının yüksəlməsini şərtləndirib.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir.

Nazirin sözlərinə görə, meliorasiya-irriqasiya sisteminin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən böyükmiqyaslı layihələr hesabına 266 min hektar sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 43 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib, həmçinin 218 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb.
 
H.Əsədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində birbaşa dövlət dəstəyi hesabına müasir texnologiyalar əsasında fəaliyyət göstərən çoxsaylı kənd təsərrüfatı məhsullarının emalı müəssisələri qurulub, habelə anbar təsərrüfatları yaradılıb ki, bu da kənd təsərrüfatı məhsulları üçün əlverişli bazar infrastrukturunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edib: "Kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması baxımından bazar prinsiplərinə əsaslanan dövlət dəstəyi mexanizmi kimi "Aqrolizinq" ASC-nin fəaliyyəti mühüm əhəmiyyət kəsb edib. 2005-2016-cı illər ərzində "Aqrolizinq" ASC-nin xətti ilə ümumilikdə 28 082 kənd təsərrüfatı texnikası, o cümlədən 1 869 taxılyığan kombayn, 94 pambıqyığan kombayn, 8 636 traktor və 17 483 digər texnikalar alınaraq istehsalçılara xidmət üçün rayonlardakı aqrotexniki servis mərkəzlərinə verilib və ya lizinq yolu ilə sahibkarlara satılıb. Həmçinin, aqrar sahədə fəaliyyət göstərən sahibkarların istehsal xərclərinin azaldılması məqsədilə onlara hər hektar sahənin əkinində istifadə olunan yanacaq və motor yağlarına görə 40 manat və hər hektar buğda və çəltik əkininə görə 40 manat subsidiyanın verilməsi, həmçinin, istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizi həcmində güzəştə görə subsidiyanın verilməsi, "Aqrolizinq" ASC tərəfindən idxal olunan məhsuldar cins malların istehsalçılara dəyərinin 50 faizi qədər güzəştlə satılması və toxum satışına görə subsidiyanın verilməsi siyasəti tətbiqi olunub".

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024