Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (24-11-2016, 09:32)
Mənzil bazarı çökür

Mənzil bazarı çökür

 

Ekspertlər bildirirlər ki, alqı-satqının dollarla həyata keçirilməsi aktuallığını itirib, mənzillərin qiyməti isə ucuzlaşır

 

Mediatv.az xəbər verir ki, ölkənin mənzil bazarında qeyri-sabitlik hökm sürür. Dollar-manat qarşıdurmasından, həmçinin manatın dəyər itirməsi səbəbindən idxal olunan tikinti materiallarının bahalaşmasından yaranan səbəblər daha ciddidir. Ekspertlər bildirirlər ki, ilin əvvəli ilə müqayisədə mənzillər xeyli ucuzlaşıb. Növbəti devalvasiya ehtimallarından da mənzillərin bahalaşacağı gözləntisi çox deyil. 
 
Ekspert Ramil Osmanlı musavat.com-a bildirib ki, mənzillərin qiymətində ilin əvvəlindən başlayaraq azalma müşahidə olunub: “Bu ilin əvvəlindən bu yana olan göstəricilərdə 20 faiz qiymət azalması müşahidə olunur. Bu, manatla olan qiymətlərə aiddir. Dollar ifadəsində qiymət azalmasından, yaxud artımından danışmaq öz aktuallığını itirib. Aylıq göstəricilərə baxsaq,  təqribən fevral-may aylarından fərqli olaraq sentyabr-oktyabr aylarında aylıq göstəricilər 1,2-1,5 faiz azalıb. Bütövlükdə daşınmaz əmlak bazarında hazırkı vəziyyəti qeyri-qənaətbəxş hesab edirik. Bu, həm özünü əqdlərin dinamikasında göstərir, həm bazara müraciət edənlərin sayında göstərir, həm alqı-satqı əməliyyatlarının kəskin şəkildə azalmasında göstərir. Nəticə etibarı ilə ilin yekununa doğru indidən konkret fikir söyləmək olmaz. Bir ay vaxt qalıb. Konkret deyə bilərik ki, ilin sonuna doğru daşınmaz əmlak bazarında hər hansı ciddi əhəmiyyətli bir dəyişiklik müşahidə olunması ehtimalı yoxdur, gözlənilmir. Çünki onun üçün hər hansı bir iqtisadi səmərə mövcud deyil”. 
Image result for Ramil osmanlı
Ekspertin sözlərinə görə, dolların manata nisbətinin möhkəmlənməsi tikinti materialları və digər idxal məhsullarında qiymətləri artırsa da, bu, hələ ki özünü mənzil qiymətlərində o qədər də göstərmir: “Yəni ikinci devalvasiyadan sonra tikinti materiallarının qiymətlərinin artımı müşahidə olundu. Amma hazırda bu proses sabitləşib. Yəni ümumi mənzərə bundan ibarətdir. Konyukturanın dəyişdirilməsi istiqamətində bazarda müəyyən cəhdlər oldu. Konkret desək, mənzillərin sövdələşmələrinin dollarla aparılması istiqamətində, təklif olunan mənzillərin və digər daşınmaz əmlak subyektlərinin dollar ifadəsində təklifi formasında təkliflər oldu. Amma bu, bir nəticə vermədi. Təqribən 2008-2009-cu illərdən fərqli olaraq, bu dəfə təklif nəticə vermədi. Yenidən müraciətlərin, sövdələşmələrin manatla həyata keçirilməsi prosesi baş verdi”. 
Ekspert Rəşad Əliyev isə bildirib ki, daşınmaz əmlak bazarına təsir edən qısamüddətli və ortamüddətli amillər hazırda neqativdir. “Ortamüddətli təsir hazırda makroiqtisadi vəziyyətlə bağlıdır. Burada normallaşma gözlənilmir. Amma neftin qiymətinin əhəmiyyətli artımı daşınmaz əmlak bazarında gözlənilməzliyə və artıma səbəb ola bilər”,- deyə ekspert bildirib. Onun fikrincə, qısamüddətli amillər bir-birinə zidd təsirlər göstərir: “Manatın ucuzlaşması bazar iştirakçılarında çaşqınlıq yaradır”. Onun sözlərinə görə, mənzillərin qiymətinin manatla ifadədə azalması ehtimalı azdır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024