Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-05-2015, 21:39)
Bakıda evlərin qiyməti və alıcıların sayı azalıb

Nüsrət İbrahimov: «Mənzillərinin hər kvadrat-metrə görə qiyməti 1886 manatdan 1770 manatadək ucuzlaşıb»

«MBA Ltd» qiymətləndirmə və konsaltinq şirkətinin bu ilin aprel ayında yaşayış mənzil bazarı üzrə apardığı monitorinqlərin nəticələri artıq məlumdur. Aprel ayı üzrə müşahidələr göstərir ki, təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hər kvadratmetrə görə hesablanmış orta təklif qiyməti 1796 dollardan 1689 dollara, milli valyuta ilə isə 1886 manatdan 1770 manatadək qərarlaşıb. 
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov «Həftə içi»nə bildirir ki, mart ayında milli valyuta ilə təkrar yaşayış mənzil bazarında 14 faiz artım müşahidə edilib. Ancaq apreldə 6,12 faiz qiymət azalması baş verib: «Fevral ayının 3-cü ongünlüyündə ölkədə baş verən devalivasiya nəticəsində əhalinin əksər hissəsinin əlindəki pulu əmlak bazarına qoyub. Bu da öz növbəsində mart ayındakı qiymət artımına ciddi təsir edib. Lakin aprel ayında alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə edildi və bu da öz növbəsində qiymətlərin azalmasına gətirib çıxartdı. Digər tərəfdən, hazırda ölkədə yaşayış mənzillərinin qiymətlərinin ən yüksək səviyyədə olması alıcılıq qabiliyyətinə mənfi təsirini göstərir. Artıq yaşayış mənzil bazarında qiymətlərin pik nöqtədən nisbətən aşağı düşməsi özünü göstərməkdədir. Əlavə edim ki, dünya bazarında neftin qiymətinin azalması, ölkəmizdə daşınmaz əmlakın qiymətinin yüksək səviyyədən aşağı düşməsinə təsirsiz ötüşməyib. Bu səbəbdən daşınmaz əmlak bazarındakı hazırkı durğunluğu devalivasiyanın nəticəsi kimin və neft qiymətində gedən dəyişikliklərlə izah etmək olar».


Ekspert vurğulayır ki, son iki ay ərzində bazarda baş verən proseslərin əmlak bazarına göstərdiyi təsirlər nəticəsində təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində azalma müşahidə edilib. Aprel ayında bazarın bu seqmenti üzrə təklifin həcmi 1,47 faiz azalıb: «Belə ki, mart ayında ümumi təkliflərin sayı 1752 olduğu halda, bu rəqəm aprel ayında 1726 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 18,7 faiz azalıb. Paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 66,8 faizə bərabər olub.


Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi hər kvadrat-metrə görə 2000 dollar qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 81,5 faizini təşkil edir və qeydə alınan orta bazar qiyməti hər kvadrat-metrə görə 1480 dollardır. Ümumi təklif portfelinin 13,75 faizini hər kvadrat metri 2000-2500 dollar qiyməti olan mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti hər kvadrat metrə görə 2160 dollardır. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2500 dollardan çox olan mənzillərin bazardakı payı isə 4,75 faiz təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə hər kvadrat metrə görə 3000 dollar olub».


Şirkət prezidenti vurğulayır ki, bu ilin aprel ayında 2, 3 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Onun dediyinə görə, təklif üzrə ən çox azalma 5 otaqlılar üzrə qeydə alınıb: «1 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması ən çox 2, 3 və 5 otaqlı mənzillərtdə baş verib. Digər 1 və 4 otaqlı mənzillərdə qiymətlər isə müvafiq olaraq 3.9 və 6faiz azalıb. Apardığımız araşdırmalara əsasən, «eksperimental», «leninqrad», «xruşşov» və «yeni tikili təmirli» layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib».


Nüsrət İbrahimov əlavə edir ki, ötən ay əksər tikinti layihələrində nisbi qiymət azalması müşahidə olunub. Apreldə ən çox qiymət azalması İtalyan layihəsində qeydə alınıb: «Bazarda mənzillərin 1 kvadrat metrinin orta qiymətindən, yəni 1648 dollardan aşağı olan mənzillər ümumi portfeldə daha çox paya - 54 faizə malikdir. Mənzillərin orta sahəsi 82,57 kvadrat metr, orta otaq göstəricisi isə 2,43 təşkil edir. Hər otağın orta satış qiyməti 56 min 108, , mənzilin orta qiyməti isə 136 min 343 dollar olub. Aprel ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar mart ayında olduğu kimi Xətai, Yasamal və Nərimanov rayonları olub».

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025