Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (12-11-2016, 11:28)
“BANKLARLA MƏHKƏMƏLƏRDƏ VURUŞUN!” – Hüquqşünasdan borclulara çağırış

 

ekrem

Bu ilin martından bank borclularına kömək məqsədilə yaradılan ilk Antikollektor çox sayda məhkəmə prosesləri aparır. Antikollektorun rəhbəri, hüquqşünas Əkrəm Həsənov quruma müraciət edənlərin sayının azlığına diqqət çəkərək, bunun mənfi hal olduğunu bildirir. Həmçinin, o, gələn il üçün bank borclularını ciddi problemlərin gözlədiyinə də diqqət çəkir.

Mediatv.az xəbər verir ki, o, musavat.com-a açıqlamasında bildirib ki, fəaliyyətə başladığı gündən indiyədək Antikollektora dörd min nəfər müraciət edib: “Hamısına pulsuz ilkin məsləhət verilib, bəzilərinə hətta bir neçə dəfə pulsuz məsləhət vermişik. Əksəriyyətinə bu, kifayət edib. Əksəriyyətin vəziyyəti belədir ki, onsuz da iş yerləri yoxdur, borcları var. Əsas qorxuları vardı ki, onları həbs edə bilərlər, evini əlindən ala bilərlər və sair. Biz də izah edirik ki, evi girov qoymamısansa, əlindən ala bilməzlər. Vətəndaş da sakitləşir. Yaxud vətəndaşa zəng edib hədə-qorxu gəlirlər. Biz deyirik ki, bu halda sadəcə 102-yə zəng edin, polisə şikayət edin. Bəzilərini banklar qorxudurlar ki, gəlib evdən əşyaları götürəcəyik. Biz də deyirik ki, evinə məhkəmə qərarı olmadan heç kim girə bilməz. Bank işçisi ümumiyyətlə girə bilməz, icra məmuru da məhkəmə qərarı ilə gələ bilər. Bu məsləhətlərdən sonra insanların çoxu sakitləşir. Bilir ki, onu problem gözləmir. Əlbəttə, bəzi vətəndaşların məhkəmə işlərinin aparılmasına ehtiyac var. Bu da o kəslərdir ki, iş yeri var, gəliri var, yaxud zaminin iş yeri var. Ən ağır kredit məsələləri girovlardır. Xüsusən evini girov qoyubsa, məsələ ciddiləşir. Bu halda məsləhət veririk ki, məhkəmədə aktiv olmaq lazımdır. Sən sadəcə oturub gözləsən, onsuz da bir neçə aya məhkəməni bank udacaq və gəlib evini əlindən alacaqlar. Buna görə azı, heç olmasa, vaxt udmaq üçün məhkəmədə aktiv olmaq lazımdır. Vaxtdan da əlavə, izah etmişik ki, qanunun hansı maddələrindən yapışıb məhkəmədə mübarizə aparmaq olar. Onu deyim ki, qanunvericiliyimiz banklara qarşı bu mübarizəni aparmağa imkan verir. Əlbəttə, əksəriyyətin bu halda verdiyi sual odur ki, məhkəmədə udmaq şansım varmı? Hamıya deyirik ki, prinsipcə dünyanın istənilən yerində prosesin yüz faiz udulacağını kimsə deyə bilməz. Çünki qərarı verən hakimdir, biz deyilik. O ki qaldı Azərbaycana, burada daha da çətindir. Çünki məhkəmələrimizdəki vəziyyət hamıya bəllidir. Hakimlərimiz istədiyi qərarı qəbul edir. Belə vəziyyətdə nəsə konkret demək olmur. Ən azı, mübarizə aparmaq lazımdır, bunu hamıya deyirik”.

Hüquqşünasın sözlərinə görə, Antikollektorda vətəndaşlara məhkəmədə hüquqları uğrunda mübarizə aparmağın qaydalarını başa salırlar: “Lazımi sənəd formaları veririk ki, gedin özünüzü müdafiə edin. Ancaq məhkəməyə bizim hüquqşünaslarımız çıxacağı halda, ödəniş alırıq. Bu qiymətlər də digər hüquq şirkətlərindən aşağıdır. Bəziləri deyir ki, hətta bu pulu da ödəməyə imkanımız yoxdur, onlara da kömək edirik. Çünki borc elə məsələdir ki, vətəndaşın imkanı olsa, həmin borcunu ödəyər. Bizə müraciət edənlər təkcə sadə vətəndaşlar deyil, sahibkarlar da var. Yüz min, yüz əlli min, hətta 600 min dollar borcu olanlar gəlib. Bir də vaxt udmağın bir üstünlüyü də var. Əmlak girov qoyulubsa, məhkəmə azı iki il çəkəcəksə, iki il sonra girov qoyulan daşınmaz əmlakın qiyməti enəcək. Vətəndaş dolayı yolla bunu ala bilər”.

Ekspertin sözlərinə görə, məhkəmələrə vətəndaşların çox sayda müraciət etməsi çox vacibdir: “Kütləvi müraciətlərin xeyri olur. Banklara qarşı mübarizədə kütləvilik vacibdir. Qanun hətta bizim tərəfimizdə olanda da, məhkəmədə banklar qeyri-rəsmi münasibətlərdən istifadə edərək vətəndaşlar üzərində qələbə çalırlar. Kütləvilik olanda bankların bu imkanı yoxdur. Hakimlər qorxurlar belə işlərdən. Qeyri-rəsmi münasibətlər də adətən pula görədir, rüşvətdir, korrupsiyadır. Bu qədər işə görə banklar məhkəmələrə pul verə bilməz, imkanları yoxdur. Biz də vətəndaşlara deyirik ki, banklarla məhkəmələrdə vuruşun ki, qalib gələ biləsiniz. Bizim bu cür işlərimiz olub və vətəndaşlar güzəşt əldə ediblər. Məsələn, ”Bank VTB” vətəndaşlara dollar krediti vermişdi, biz bununla bağlı kütləvi iddia verdik. Biz bankı və evi satan MTK-nı məhkəməyə verdik. Bəzi məhkəmələr bizim vəsatətlərimizi təmin etdilər. Sonra bank və MTK vətəndaşlara güzəştlər etməyə başladılar”.

Ə.Həsənov həmçinin qeyd edib ki, Antikollektorun fəaliyyəti zamanı qazandığı ən böyük uğur borca görə intiharların dayanması və həbslərin kəskin azalmasıdır:“Borca görə intiharlar azalıb. İnsanlar artıq vəziyyəti başa düşürlər. Kimsə qorxudanda, cavablarını verirlər. Borca görə inzibati həbslər də kəskin azalıb. Bizə bu barədə gec məlumat verildiyi üçün apelyasiya şikayəti verə bilmirik. Biz borca görə həbs edilən vətəndaşları pulsuz müdafiə edirik. Bu işləri Avropa Məhkəməsinə göndəririk. Göndərmə xərcini də özümüz çəkirik. Artıq üç işi Avropa Məhkəməsinə göndərmişik”.

Ekspertin sözlərinə görə, indiyədək dörd min nəfərin Antikollektora müraciət etməsi azdır: “Həm insanlar məhkəmə sisteminə etimad etmirlər. Həm də passivdirlər”. O qeyd edib ki, vətəndaşlar aktiv olmasalar, 2017-ci ildə qorxulu tendensiya müşahidə ediləcək: “Evini banka girov qoymuş xeyli vətəndaş var ki, gələn ilin əvvəlləri onların əksəriyyəti evlərini itirəcəklər. Məhkəmə prosesləri özbaşına qalsa, banklar məhkəmələri tez udacaqlar. Gələn il vətəndaşların evdən çıxarılma problemi ortaya çıxacaq. Bu da kütləvi olacaq. Mən mart ayında dövlət başçısına məktub yazmışdım və bunu xüsusi vurğulamışdım ki, evini girov qoymuş vətəndaşların evlərinin əlindən alınması ciddi sosial gərginliyə aparacaq. İndi məhkəmə prosesləri gedir, bu prosesləri vətəndaşlar vəkilsiz, özləri aparsalar, çətin olacaq. Onlar heç vaxt da uda bilməyəcəklər və kütləvi şəkildə evlərini itirəcəklər. Banklar bu prosesi udacaqlar. Biz bu ilin sonuna yaxın imkanı olmayan vətəndaşlar üçün kömək yollarını yenidən fikirləşirik. Xarici qanunvericiliyi öyrənirik, bizim qanunvericiliyə bir də baxırıq. Çalışırıq ki, ölkədə kütləvi şəkildə borcluların banklara qarşı mübarizəsinə nail olaq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024