Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-01-2016, 22:47)
"İrandan Gürcüstana qazın nəqli mümkün deyil” - EKSPERT

 

 

Mətbuatda yer alan məlumatlara görə, İran Ermənistan üzərindən Gürcüstana qaz nəqlinə dair danışıqlar aparır. İranın İRNA agentliyi “National İranian Gas Exports Co” şirkətinin icraçı direktoru Əlirza Kameliyə istinadən belə bir xəbər yayıb. 
Mediatv.az xəbər verir ki,  Ə.Kameli deyib ki, layihə Gürcüstan və İran arasında müvafiq razılaşmalara uyğun həyata keçiriləcək. “Bloomberg” agentliyi isə təxmin edib ki, İran Ermənistan üzərindən Gürcüstana sutkada 300-350 milyon kubmetr qaz nəql edə bilər. 
Qonşu ölkələr arasında bu danışıqların getdiyi vaxtda, Azərbaycanın ən böyük qaz alıcısı olan Gürcüstana alternativ qaz mənbəyinin tapılması ölkəmizdə narahatlıqla qarşılandı. 
"SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov isə  mətbuata açıqlamasında bildirdi ki, bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qazın həcminə təsir etməyəcək: "Əgər Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var. Bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qaz həcminə təsir etməyəcək. Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var. Müqaviləyə görə, "SOCAR Energy Georgia" Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var".
 
Musavat.com-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin direktoru İlham Şaban bildirdi ki, burada ajiotaja səbəb olacaq hər hansı durum yoxdur: “Çünki, İran qazının Gürcüstana gəlməsi məsələsi bir qədər şişirdilib. Çünki, İranla Gürcüstan arasında infrastruktur yoxdur. Qazın nəqli üçün boru kəməri olmalıdır və o yoxdur. Boru kəməri olmadığı halda mətbuatın bu mövzunu şişirtməsi  anlaşılan deyil. Əgər Gürcüstan İrandan 10 milyard və ya 5 milyard qaz almaq istəsəydi, o zaman boru kəməri çəkə bilərdi. Ancaq Gürcüstanın energetika naziri Kaxa Kaladzeyə 300-500 milyon kubmetr qaz lazımdır. Bu, çox kiçik bir həcmdir. Bu gün biz Naxçıvana 1 il ərzində 400 milyon kubmetr qaz veririk. Gürcüstana bundan daha az həcmdə qaz lazımdır. Kaxa Kaladze ağıllı insandır. O, heç də ağılsız fikirlər səsləndirməz. Gürcüstan heç zaman nəğd qazı qoyub, nisyənin dalınca getməz. 
Hazırda Gürcüstan ərazisindən keçən çox yaxşı bir infrastruktur var. O infrastruktur Rusiya-Gürcüstan- Ermənistan boru kəməridir. Gürcüstana lazım olsa, bu boru kəmərindən qaz alar. Ancaq Gürcüstan bilir ki, bu iki dövlət arasında diplomatik əlaqə yoxdur. İkinci tərəfdən Gürcüstanla Rusiyanın siyasi və iqtisai maraqları bir-birilə təzad təşkil edir. Belə olan halda, təbii ki, onun qonşusu ona ucuz qiymətə qaz satmayacaq. Bu, kommersiya qazıdır və Rusiya onu Gürcüstana baha satacaq. Ona görə də, Gürcüstanda bu cür siyasətçilər yetişib. Və onlar KİV vasitələri hesabına ictimai rəy formalaşdırırlar ki, bizim müxtəlif mənbələrdən diversifikasiya olunmuş bazarımız var. Biz qaz almaq üçün təkcə Rusiyadan asılı deyilik, İrandan da qaz ala bilərik, Azərbaycandan da iki müxtəlif şirkətdən - SOCAR-dan və “Şahdəniz” konsorsiumundan qaz alırıq. Bununla Rusiyaya göstərmək istəyirlər ki, sən o qazı bir qədər ucuz verməlisən. Ermənistandan Gürcüstana qaz kəməri çəkmək ağlabatan deyil”. 
İlham Şabanın sözlərinə görə, “Şahdəniz - 2” layihəsi işə düşəndən sonra Gürcüstanın qaza olan tələbatını tamamilə Azərbaycan qazının hesabına ödəmək mümkün olacaq: “Mahir Məmmədovun açıqlamaları da çox normal bir cavabdır ki, bu bazar dinamik bir bazardır və ildən-ilə bunların tələbatı artır. Gürcüstan bu artan tələbatı nəzərə alaraq, öz ehtiyacını ödəmək üçün başqa ölkələrdən də qaz ala bilər. Bunun bizim üçün heç bir ziyanı yoxdur. Əgər bu qazı bizdən də istəsə, biz onu təmin edə bilərik. Gürcüstan tərəfi də bunu qeyd etmişdi ki, Gürcüstanın qaza olan bu tələbatı “Şahdəniz - 2” layihəsi işə düşənə qədərdir. Ondan sonra Gürcüstanın hər hansı mənbədən qaz almasına ehtiyac yoxdur. Çünki, Gürcüstan bizim tranzit qazından 1 milyard kubmetr qaz alacaq. Bu baxımdan, Gürcüstanın başqa ölkələrdən də qaz alması normaldır. Bizim millətin ictimai fikrində belə bir düşüncə var. Yəni, SOCAR-ın bu bazarda 87 faizlik payı var və bu, 85 faiz olsa, nə dəyişəcək? Biz orada dominant deyilik ki... Biz azad bazara psixoloji baxımdan, hazır deyilik və səs-küy salırıq ki, orada bizim maraqlarımıza ziyan dəyir. Bazarın nə olduğunu öyrənmək lazımdır”. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024