Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-10-2015, 17:32)
Kaxa Kaladze: “Azərbaycan Gürcüstanı qazla təmin etmək gücündə deyil”

Gürcüstanda “Qazprom”la danışıqlar və Azərbaycan qazına alternativ mənbələrin axtarışı ətrafında ziddiyyətli situasiya davam edir.

Mediatv.az-ın məlumatına görə, Virtualaz.org saytı xəbər verir ki, digər hökumət rəsmilərinin “Qazprom”la danışıqların ancaq Ermənistana qaz tranziti ilə əlaqəli olduğuna dair bəyanatlarına baxmayaraq bu gün energetika naziri Kaxa Kaladze Rusiyadan əlavə qaz almağa ehtiyac olduğunu bildirib.

Bununla belə nazir deyib ki, hələlik Rusiyadan hansı həcmdə və hansı qiymətə qaz alınacağını bilmir.

K.Kaladze müxalifətin bu məsələ ətrafında qeyri-sağlam eyforiya qaldırdığını deyərək bildirib ki, Azərbaycanda Gürcüstanın qaza olan tələbatını ödəmək üçün resurs yoxdur. Ona görə də Gürcüstan Rusiyadan əlavə həcmdə qaz almalıdır.

“Nəyə görə əlavə qaz həcmi yoxdur? Bunu Azərbaycandan soruşmaq lazımdır. Onda mən sizdən soruşuram ki, nəyə görə Azərbaycan “Qazprom”la müqavilə bağlayır? Bir halda ki onların öz tələbatını ödəməyə bəs edəcək qədər qazı var, onda niyə Rusiyadan qaz alırlar?”- deyə nazir sual edib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024