Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Karusel (22-03-2014, 21:54)
Ziyad Səmədzadədən banklara ittiham

Ziyad Səmədzadədən banklara ittiham

 

“Banklar faizləri qaldırmaq üçün xərclərini şişirdirlər”. Bu barədə ANS PRESS-ə açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, sahibkarlara verilən bu günki yüksək faizlər məqbul deyil: “Bəzən banklar xərcləri şişirdirlər ki, faizləri yuxarı qaldırsınlar. Amma biz monitorinq aparsaq, daha dəqiq təhlillər etsək heç şübhəsiz ki, bankların sahibkarlara verdikləri kreditlərin faiz dərəcələri aşağı düşəcək. Əvvəlki illərə nisbətən hazırda kifayət qədər ucuz vəsaitləri cəlb etmək mümkündür. Banklar ucuz maliyyə vəsaitlərini cəlb edə və bunu xeyli səmərəli formada istifadə edə bilərlər”. 

İqtisadi Siyasət Komitəsinin sədri həmçinin bildirib ki, banklar elə kredit faizləri müəyyən etməlidirlər ki, bu sahibkarlara qazanc əldə etməyə imkan versin: “Bizim sahibkarlarımız daha çox real sektora üstünlük verməlidirlər. Real sektoru inkişaf etdirməklə biz ölkə iqtisadiyyatında rəqabət qabiliyyətini artıra bilərik. Sahibkarlar bu sahəyə diqqət yetirməlidir. Sahibkarlarımız üçün kifayət qədər güzəştli kreditlər var. Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə alınan kreditlər yeni emal müəssələrinin yaradılmasına, məhsul istehsalının artırılmasına yönəldilməlidir. Təbii ki, burada kreditlərdən də istifadə edilməlidir. Ancaq bu kredit resursları gözəştlərlə verilməli, faizlər aşağı düşməlidir. Yəni sahibkar hesablamalıdır ki, bu kreditləri almalıyam, ödəməliyəm və eyni zamanda mənfəət qazanmalıyam. Ona görə də optimallıq olmalıdır. Bu günki yüksək faizlər məqbul deyil. Fazilərin azaldılması istiqamətində müəyyən addımlar atılmalıdır. Dünya təcrübəsi ölkənin inkişaf səviyyəsi nəzərə alınmalıdır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024