Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (2-04-2015, 10:57)
Azərbaycanda 30 ton qızıl var

Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır

 

Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur. 
1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır. Hazırda  dünya bazarlarında qızılın 1 unsiyası (31,1 qram) 1187,8 dollara bərabərdir. 
Modern.az dünyanın ən böyük qızıl ehtiyatları olan ölkələrini təqdim edir.
1. ABŞ – 8,133.5 ton
Dünyanın nə böyük qızıl ehtiyatına malik dövləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu yaradılıb. 1946-cı ildə qızıl ehtiyatı ABŞ tarixinin ən böyük həcminə - 20 min 205 tona çatıb. Növbəti illərdə dolların stabilləşdirilməsi məqsədilə qızıldan aktiv istifadə olunduğu üçün onun həcmi 2 dəfəyə qədər azalır. 
Hazırda ABŞ 8 min 133 kiloqram qızıl ehtiyatı ilə dünyada ən böyük qızıl fonduna malikdir. Daha 60 ölkənin qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.
2. Almaniya – 3,384.2 ton
Siyahıda ikinci yeri tutan Almaniya isə 1951-ci ildən özünə “ağ qızıl” ehtiyatı toplamağa başlayıb. 1968-ci ildə ehtiyatlar öz ən yüksək həddinə - 4 min tona çatıb. Hazırda bu göstərici 3,384 kiloqrama qədər azalıb. Maraqlıdır ki, Almaniyanın qızıl ehtiyatlarının 70 faizi ABŞ Federal Rezerv Bankında, Londonda yerləşən İngiltərə bankında və Parisədki Fransa bankında yerləşir.   
3. İtaliya – 2,451.8 ton
İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv şəkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi durum İtaliya hakimiyyətini qızıl ehtiyatından isitfadə etməyə sövq edirdi. Buna baxmayraq, Ümumdünya Qızıl Şurasının son məlumatları İtaliyanın dünyada ən böyük 3-cü qızl ehtiyatına malik olduğunu göstərir.
4. Fransa – 2,435.4 ton
Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyşiməklə özü üçün böyük “ağ qızıl” ehtiyatı yaradıb. 1965-ci ildə rəsmi Paris 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın qızıl ehtiyatı çox olan 4-cü dövlətidir. Fransızlar 3-cü pillədəki İtaliyadan 16 ton geri qalırlar. Qeyd olunmalıdır ki, əksər ölkələrdən fərqli olaraq, Fransa öz qızıl ehtiyatlarını ABŞ Federal Rezerv Bankında saxlayır.
5. Rusiya – 1,149.8 ton
Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk “beşliy”ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın hazırda 1,149 ton qızıl ehtiyatı var. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qalsa da, şimal qonşumuz qızıl ehtiyatının həcmini artırmaqda davam edir.
Siyahıda sonrakı yerlərdə aşağıdakı ölkələr gəlir:
6. Çin – 1,054,1 t
7. İsveçrə - 1,040 t
8. Yaponiya – 765,2 t
9. Hollandiya – 612,5 t
10. Hindistan – 557,7 t
11. Türkiyə - 529,1 t
12. Tayvan – 423,6 t
13. Portuqaliya – 382,5 t
14. Venesuela – 367,6 t
15. Səudiyyə Ərəbistanı – 322,9 t
16. Böyük Britaniya – 310,3 t
17. Livan – 286,8 t
18. İspaniya – 281,6 t
19. Avstriya – 280 t
20. Belçika – 227,4 t
...
54. Azərbaycan – 30,2 t
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024