Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (Bu gün, 15:32)
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq

 Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib.

Mediatv.az xəbər verir ki, güzəşt 2019-cu ildən tətbiq edilir.

Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.

İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında qeyd edib ki, 2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi:

“Güzəşt yalnız özəl sektor – qeyri-dövlət və qeyri-neft sektoru üçün nəzərdə tutulmuşdu. Beləliklə, neft sektoruna aid olmayan bütün özəl şirkətlər bu güzəştdən yararlanmış oldular.

Bu güzəştin müddəti 7 il müəyyən edilmişdi. Hazırkı  proqnozlar isə onu göstərir ki, dövlət bu müddəti uzatmağı planlaşdırmır, məhz bu səbəbdən də artıq vergi yığımlarının artacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, həm şirkətlərin, həm də vətəndaşların üzərinə düşən vergi yükü əvvəlki səviyyəyə qayıdacaq və ya artacaq”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025