İqtisadiyyat (11-03-2014, 17:35)
Bayrama görə qatarlarda vaqonların sayı artırılacaq
"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramında daxili sərnişin reyslərində işləyən bütün qatarlara əlavə vaqonlar qoşmaq niyyətindədir
Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, çox güman ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişinlərin daşınmasını həyata keçirən qatarlara da əlavə vaqonlar qoşulacaq.
N.Əzməmmədov bildirib ki, bayram günlərində daxili reyslərdə və Tbilisi istiqamətində sərnişin artımı nəzərə alınmaqla əlavə vaqonların daxili reyslərə qoşulması zəruridir: "Bayram günləri ərəfəsində Gürcüstana xeyli sayda biletlər alınır və qeyd edilən marşrut üzrə turist qatarının göndərilməsi istisna edilmir. Bunun üçün turizm şirkətləri bizə müraciət etməlidirlər. Bizə isə hələ belə bir müraciət daxil olmayıb. Lakin hazırda sərnişinlərin Tbilisi istiqaməti üzrə biletlər almasında fəallıq müşahidə olunur".
Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, QSC martın 19-20-də sərnişinləri bayram günlərində ünvana rahat şəkildə çatdırmaq üçün gücləndirilmiş rejimdə işləyəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025