Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (25-03-2015, 13:17)
Avro dolları üstələyəcək

Son dəyişikliklər avronun kursunda yeni artımlarla müşahidə ediləcək

 

"Martın 16-da 1.04 dollara satılan avro bir həftə ərzində 5.5 faiz dəyər qazanaraq məzənnəsini 1.10 dollaradək yüksəldə bilib. Uzun müddətli dövrdə ucuzlaşan Avropa pulu son 1 ildə ilk dəfə olaraq həftəlik yekunda 5 faizlik artım limitini keçə bilib".
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov ans press-ə bildirib. 
O qeyd edib ki, Avrozonada iqtisadi vəziyyətdə ciddi dəyişikliklər olmasa da proqnozlaşdırıldığı kimi avronun məzənnəsinin uzunmüddətli azalması yenidən kursun güclənməsi ilə əvəz olunub.
"Avronun məzənnəsinin azalması daha çox Avropadan kənar faktorlar ilə bağlıdır. Belə ki, son 1 ildə avronun kəskin dəyərsizləşməsi ABŞ-ın ixrac imkanlarını xeyli azaltmaqla yanaşı, eyni zamanda Amerikada idxalın ucuzlaşmasına gətirib çıxarıb. 2015-ci ilin ilk ayında istehlak məhsulları indeksi 7 faiz azalan ABŞ üçün investisiyanı stimullaşdıran inflyasiyaya malik olmaq artıq ciddi problemə çevrilib. Eyni zamanda ABŞ ilə yanaşı digər inkişaf etmiş ölkələrin, o cümlədən Yaponiyanın məhsulları Avropa bazarında bahalaşaraq rəqabət qabiliyyətini hiss edilən dərəcədə itirmiş. Bu baxımdan, əslində avronun məzənnəsinin son azalmalar inkişaf etmiş ölkələrin, xüsusən ABŞ-ın mövcud monetar siyasəti ilə bağlıdır".
İqtisadçı hesab edir ki, avonun məzənnəsinin son artımları Bakının əksər valyuta dəyişmə məntəqələrində avronun satışının dayandırılmasına səbəb olub: "Belə ki, Azərbaycan Mərkəzi Bankı manatın avroya məzənnəsini müəyyənləşdirən gün avronun dollara kursu 1.06 dollar idi. Sonuncu dəfə, martın 19-da manatın avroya məzənnəsini 1 Avro 1.1290 manat kimi rəsmilləşdirən baş bankda bayram əhval-ruhiyyəsinin davam etməsinə baxmayaraq dünya, eləcə də avropa valyuta bazarında monetar dəyişikliklər davam etməkdədir".
V.Bayramovun sözlərinə görə, avronun gələcək məzənnəsi isə birbaşa Vaşinqtonda qəbul edilən qərardan asılı olacaq. Belə ki, Federal Ehtiyatlar Bankının uçot stavkasına yenidən baxılacağı və eləcə də yeni emmisiyalar ilə bağlı istənilən açıqlaması dolların dəyirsizləşməsinə və buna uyğun olaraq avronun kursunda yeni artımlar ilə müşahidə ediləcək.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024