İqtisadiyyat (26-03-2024, 11:39)
Turizm bazarının inkişaf tempi: - GÖZLƏNTİLƏR
“2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Deputat bildirib ki, bu dövrdə də qonşu ölkələr ilk üçlüyü formalaşdırıb: gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İranın payına düşüb. Ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar:
“Artımlara gəldikdə isə 2023-cü ildə olduğu kimi yenə də Çindən gələnlər öndədir. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə artıb.
Ərəb ölkələrindən gələnlərin sayında yenidən artımlar müşahidə edilməyə başlayıb. Belə ki, bu ilin yanvar-fevral aylarında körfəz dövlətlərindən gələnlərin sayı 1,7 dəfə artıb. Eyni artım Avropa İttifaqından gələnlərin sayında qeydə alınıb. MDB ölkələrindən gələnlərdə artım nisbətən azdır: cəmi 31,4 faiz.
Rəsmi statistika göstərir ki, yenidən körfəz ölkələrindən, xüsusən də Səudiyyə Ərəbistanı və Küveytdən gələnlərin sayında artımlar müşahidə olunmaqdadır".
Statistikanı dəyərləndirən turizm eksperti Ceyhun Aşurov isə “Sherg.az”a açıqlamasında deyib ki, bu əslində gözlənilən nəticə idi:
"Artım keçən ilin yanvar-fevral ayında gələnlərin sayının daha az olması ilə bağlıdır. Əlaqələrin genişlənməsi, məhdudiyyətlərin aradan qalxması ölkəyə səfər edən turistlərin sayına mühüm təsir göstərir. Quru sərhədlər bağlı olsa da, hava yolu ilə uçuşların sayı artıb. Eyni zamanda uçuş coğrafiyasının genişlənməsi də təsir edən amillərdən biridir. Dünyada turizm 2023-cü ildən 95 faiz bərpa edilmiş hesab olunur. Azərbaycanda bu rəqəm sərhədlərin bağlı olması ilə əlaqədar bir qədər daha aşağıdır. Koronovirusdan sonrakı dövr üçün turizm bazarının bərpa ediləcəyini 2024-cü il üçün proqnozlaşdırırdılar. Sabit şərtlər qalarsa, və hansısa qlobal problemlər olmazsa, bu il turizm tam bərpa olunacaq. Növbəti illərdə isə bazarın inkişaf tempinin artacağı gözlənilir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024