İqtisadiyyat / Slayd (9-02-2024, 12:16)
ƏN GƏNC BANK RƏHBƏRLƏRİ KİMLƏRDİR?
Azərbaycanın bank sektoru tədricən «cavanların idarəçiliyinə keçməyə» başlayır. Bank sektorundakı kəmiyyət və keyfiyyət dəyişiklikləri və ya belə dəyişikliklərə yaranan ehtiyac özünü bankların idarəetməsində də göstərir.
FED.az xəbər verir ki, son illərədək dəbdə olan mürəkkəb vəziyyətlərdə «baş çıxaran», təmkinli və «dünyagörmüş», «ehtiyatlı», müxtəlif sektorlarda və dövlət qurumlarında «yaxşı əlaqələri» olan nisbətən yaşlı bank rəhbərlərini gənc kadrlar, texnokratlar əvəz etməyə başlayıb.
Bu kontekstdə ən böyük hadisə 2022-ci ildə baş verib. İki il əvvəl Mərkəzi Bankın sədri 70 yaşlı Elman Rüstəmovu 39 yaşlı Taleh Kazımov əvəz etdi. Mərkəzi Bank rəhbərliyinin birdən-birə 30 yaş cavanlaşması təkcə təqaüd mövzusu ilə deyil, həm də hazırda Mərkəzi Bankın qarşısında dayanan, həll etməli olduğu məsələlər və yeni, əksəriyyəti texnoloji yeniliyə aid çağırışlarla bağlıdır.
Bank sektorunda isə bu proses artıq soxdan başlayıb, bir neçə ildir ki, bank sahibləri daha çevik idarə etmə üçün komandalarına gənc kadrlar cəlb edir, yarım milyard manatlıq aktivlərinin idarəçiliyini onlara etibar edirlər.
Ənənəvi olaraq bank sədrlərinin vəzifəsi - bankın vəsaitlərini effektli və riskləri nəzərə almaqla idarə edərək səhmdarlara mümkün olan yüksək mənfəət qazandırmaqdır.
Bunun üçün bankirlərdən ənənəvi maliyyə bilikləri ilə yanaşı, iqtisadi analiz, bazarı təhlil etmə, vaxtında qərarvermə və idarə etmə kimi qabiliyyətlər tələb olunur.
FED.az xəbər verir ki, hazırki dövrdə, xüsusilə çoxsaylı texnologiyaların yarandığı və bank sektoruna sürətlə nüfuz etdiyi və bankın gəlirlərinə təsir etmək gücünə malik olduğu bir vaxtda isə texnoloji mövzudan xəbərdar olan gənc menecerlərə ehtiyac daha böyükdür.
Məsələnin başqa tərəfi də var – son dövrlər Mərkəzi Bankın banklara nəzarəti gücləndiyini də nəzərə alanda, bankın fəaliyyətinə və bank rəhbərinin qərarlarına bankın sahibi ilə yanaşı, faktiki olaraq Mərkəzi Bank da az qala onlayn nəzarət edir.
Nəticədə bank sektorunun rəhbərləri sürətlə gəncləşməkdədir.
FED.az xəbər verir ki, Azərbaycanın bank sistemi 22 bank rəhbəri tərəfindən idarə edilir.
Hazırda ölkədə 22 bank rəhbərindən 10-u 1980-cı ildən sonra anadan olub. 8 bankir 1970-1980-cı illərdə , 4 bankir isə 1970-ci ildən əvvəl anadan olub.
Ölkənin ən gənc bankiri «Premium Bank» rəhbəridir. Sədr vəzifəsinə bir neçə həftə əvvəl təyin edilmiş Kamil Lətifovun 37 yaşı var.
Yeri gəlmişkən, ölkənin ən böyük banklarını idarə edən və ona milyonlarla gəlir qazandıran top menecerlər – ABB-nin sədri Abbas İbrahimov (13,7 milyard manatı idarə edir) və Fərid Hüseynov (8,5 milyard manatı idarə edir) da bank sədrlərinin gənc nəslinin nümaynədələridir.
Azərbaycan bankları arasında ən yaşlı bankir isə «Bank Avrasiya» rəhbəridir. Son dövrlər kiçilməkdə olan bankın rəhbəri Rüfət Kərimov 1963-cü ildə anadan olub və hal hazırda 60 yaşı var.
Azərbaycandakı Türkiyə bankı - «Ziraat Bank»ın sədri, Türkiyəli bank meneceri Selçuk Demirin isə 58 yaşı var.
FED.az biznes və maliyyə portalı Azərbaycanda fəaliyyət göstərən bankların İdarə Heyəti sədrlərinin anadan olduğu tarixləri təqdim edir:
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024