İqtisadiyyat (2-02-2024, 09:12)
Putinin səfəri: Ərdoğanla buna qərar verəcəklər
Vladimir Putinin prezident seçkiləri öncəsi harasa səfər edəcəyinə şübhə ilə yanaşıram. Çin istisna olmaqla, Rusiya prezidentinin digər ölkələrə getmək ehtimalı aşağıdır.
Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Vladimir Putinin fevralın 12-də Türkiyəyə səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, iki ölkə liderinin görüşü baş tutsa, mühüm məsələlərin müzakirəsi gözlənilir:
“Putinlə Ərdoğan arasında çox yaxşı dostluq münasibətləri var. Bu da Rusiya və Türkiyə xalqları arasında münasibətlərinin yaxşı olması ilə bağlıdır. Unutmaq olmaz ki, Rusiya ilə Türkiyə arasında təkcə çoxlu oxşarlıqlar deyil, həm də ziddiyyətlər mövcuddur. Bu ziddiyyətləri liderlər ideal şəkildə idarə edirlər. Bu, digər ölkələrə öz problemlərini həll etmək üçün bir model olmalıdır. Putinin Türkiyəyə səfəri də bu baxımdan önəmli ola bilər. Türkiyədə qaz qovşağının və Rusiyanın köməyi ilə yeni nüvə enerjisi sənayesinin formalaşması kimi məsələlərin müzakirəsi mümkündür. Rusiya təkcə atom elektrik stansiyaları tikmir, həm də Türkiyə üçün nüvə enerjisi üzrə mütəxəssislərin hazırlanması sistemini yaradır. Bu, mahiyyət etibarı ilə iqtisadiyyatın yeni sektorunun yaradılmasıdır”.
Politoloq səfər zamanı Ukrayna, Suriya və Qəzza ilə bağlı müzakirələri də istisna etməyib:
“Suriya məsələsində Rusiya və Türkiyə düşmən tərəflərin nümayəndələri kimi çıxış edirlər. Buna görə də sülh yolunda növbəti addımları atmağın vaxtıdır.
Qəzza zolağı ilə bağlı münaqişədə isə Rusiya ilə Türkiyənin mövqeləri yaxındır. Moskva və Ankara İsrailin Qəzza zolağındakı hərəkətlərini qeyri-qanuni və həddindən artıq qəddar hesab edir. Və hər iki ölkə bu vəziyyətdən çıxış yolunu müstəqil Fələstin dövlətinin yaradılmasında görür.
Ukrayna ilə sülh danışıqlarına gəlincə, Rusiya dəfələrlə buna hazır olduğunu bəyan edib. O, istənilən təşəbbüsü alqışlayır və Türkiyənin təşəbbüslərinə müsbət yanaşır. Rusiya hesab edir ki, Moskva ilə Kiyev arasında münaqişə yoxdur. Ukrayna ABŞ tərəfindən işğal olunmuş bir ölkədir. Və Ukraynada müharibəyə son qoymaq üçün real danışıqlar Rusiya ilə ABŞ arasında olmalıdır”.
Markov bir müddət öncə aktual olan taxıl müqaviləsinə də diqqət çəkib:
“Qara dənizdə yeni taxıl müqaviləsi və onun həyata keçirilməsi ehtimalı azdır. Ukraynadan taxıl ixracı demək olar ki, müharibədən əvvəlki səviyyəyə çatıb. Və buna görə də yeni saziş üçün təşəbbüsə ehtiyac yoxdur”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024