Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (26-12-2023, 13:27)
Azərbaycanda ən çox satılan lüks avtomobillərin – SİYAHISI

          
Azərbaycanda ən çox satılan lüks avtomobillərin – SİYAHISI
2023-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda rəsmi dilerlər vasitəsilə lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, 6 marka üzrə yeni modellərin satışlarının ümumi sayı 2580 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78% çoxdur. 2022-ci ilk doqquz ayında bu rəqəm 1452 ədəd təşkil edib.

2023-cü ilin yanvar-sentyabr aylarında Yaponiya markası “Lexus” Azərbaycanda yeni modellərin satış həcminə görə lider olub – 824 ədəd. Markanın satışları son bir ildə 2,2 dəfə artıb.

Siyahıda ikinci olan BMW-nin satışları 2,6 dəfə artaraq 664 ədədə yüksəlib. “Mercedes” isə bu ilin ilk doqquz ayında 504 ədəd satışla bazar üzrə üçüncü (19,5% bazar payı) olub. Markanın satışları ötən ilin eyni dövrünə nisbətən 29% artıb.

Bu dövrdə “Land Rover”in satışları 2 dəfə artaraq 326-ya, “Porsche”nin satışları isə 42% artaraq 112 ədədə çatıb.

Lüks markalar sırasında Azərbaycanda yalnız yeni “Audi” avtomobillərinin satışları azalıb.

Son bir ildə markanın satışları 20% azalaraq 150-yə enib. Belə ki, 2022-ci ilin eyni dövründə marka üzrə 187 ədəd avtomobil satılıb.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024