Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-12-2023, 09:38)
Şuşa otelləri 3 milyon manat qazanıblar – ŞUŞA GƏLİRLƏR ÜZRƏ ŞƏKİNİ GERİDƏ QOYDU

Şuşa otelləri 3 milyon manat qazanıblar
Azərbaycanda işğaldan azad edilən turizm mərkəzi Şuşadakı otellərin qazancı kəskin artıb.

FED.az xəbər verir ki, 2023-cü ilin ilk 9 ayının nəticələrinə görə, Şuşa otelləri gəlirlərnin həcminə görə digər turizm mərkəzi olan Şəkini geridə qoyub.

2023-cü ilin ilk 9 ayında Şuşadakı otellərdə 12 min nəfər yaxın qonaq olub. Onlardan 9,8 min nəfəri Azərbaycan vətəndaşları, 2,2 min nəfər isə xaricilər olub.

Qeyd edək ki, bütün 2022-ci ildə Şuşa otelləri 14 min nəfərdən çox qonağa xidmət göstərmişdilər və bunun 1800 nəfəri xaricilər olmuşdu.

Şuşadakı otellərin gəlirləri də kəskin artıb. Belə ki, işğaldan azad edilmiş rayonun otelləri 2022-ci il ərzində 2 milyon manat qazandıqları halda, 2023-cü ilin 9 ayında bu rəqəm 3 milyon manata çatıb, ilin sonunadək isə rəqəmin 4 milyon manatı keçəcəyi gözlənilir.

Şuşa bu göstəriciyə görə turizm mərkəzlərindən olan Şəkini geridə qoyub – «gülüş şəhəri»ndəki otellər 9 ayda cəmi 2,7 milyon manat qazanıblar.

Maraqlıdır ki, Şuşadakı otellərin gəlirinin böyük hissəsi otel nömrələrinin satışından deyil restoranlardakı xidmətlərdən daxil olub.

Bununla yanaşı, hesabat dövründə Şuşa otellərindəki otellərin tutumluluğu yalnız 16% təşkil edib. Bu ölkə üzrə 20,8% təşkil edən ümumi göstəricidən aşağıdır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024