Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (30-10-2023, 14:16)
Yaxın Şərq dünyanı ikiyə böldü: Çin də tərəfini seçdi

 Dünya HƏMAS qruplaşmasına münasibətdə ikiyə ayrılıb. Bir qrup ölkə HƏMAS-ı terrorçu, digərləri isə Fələstin uğrunda mübarizə aparan savaşçı qruplaşma kimi qiymətləndirir. HƏMAS qruplaşmasının təmsilçiləri Ankara, Moskva və Pekində görüşlər keçirir, Qətərdən və İrandan maliyyə əldə edirlər.
Mediatv.az  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O xatırladıb ki, HƏMAS təşkilatının rəhbər heyəti bugünlərdə Moskvada görüşlər keçirib:
“İsrail Xarici İşlər Nazirliyi isə Kremlin bu addımını sərt tənqid edib. Buna cavab olaraq Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin İsrail-Fələstin münaqişəsinin bütün tərəfləri ilə dialoq apardığını xatırladıb. HƏMAS qruplaşmasının təmsilçiləri Rusiya Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. HƏMAS təmsilçiləri ilə dialoq siyasəti yalnız Rusiyaya aid deyil, onlar tez-tez Türkiyəyə də səfər edərək, türkiyəli diplomatlarla müzakirələr aparırlar. Təsadüfi deyil ki, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan HƏMAS üzvlərini “mücahidlər” adlandırıb. Bundan sonra İsrailin Türkiyə səfirliyindəki diplomatları ölkələrinə geri çağrılıblar”.
Ekspert Pekinin də HƏMAS qruplaşması ilə təmaslarının mövcud olduğunu bildirib:
“Ümumiyyətlə, son hadisələrə qədər Pekin İsraillə Fələstin arasında vasitəçi olmaq istəyirdi. Fələstin lideri Mahmud Abbas Pekinə səfərdən sonra İsrailin Baş naziri Benyamin Netanyahu da Çin paytaxtına getməliydi. Ancaq bu baş vermədi. Hazırkı şərtlər altında İsrailin Çinin vasitəçiliyinə razılaşması çətindir. Digər tərəfdən Pekin də Moskva və Ankara kimi İsrailin Fələstin dövlətini tanınmasının zəruri olduğunu bildirib.
Vaşinqton Çinin Yaxın Şərqdə siyasətini korrektə etməsini istəyir. Çin İran neftinin əsas alıcılarındandır. Vaşinqton Pekinin Tehrana təsir etməsini və Yaxın Şərqdəki toqquşmalara müdaxiləsindən kənar olmasını istəyir. “Röyters” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Cozef Bayden bu mövzuda Çin lideri Si Szinpinlə müzakirə aparmağa çalışır. Pekin özü də ABŞ-la İran arasında qarşıdurmanın baş verməsində maraqlı deyil. Çünki bu halda neftin qiyməti kəskin şəkildə artacaq. Bu isə Çin iqtisadiyyatına mənfi təsir edəcək. Buna baxmayaraq, Pekin Yaxın Şərqdə gərginliyin azalması üçün böyük səy göstərməyəcək. Pekinin nə İrana, nə də HƏMAS-a təsir etmək fikri var. Əksinə, Pekin də Moskva kimi ABŞ-ın Yaxın Şərqdə problemlərinin artmasına maraqlıdır”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024