Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (8-10-2023, 10:12)
İsrailə hücum planı Xamenei ilə görüşdə elan edilmişdi

 Bu gün səhər saatlarından Qəzza zolağından İsrailə qarşı raket hücumlarının başlaması HƏMAS və “İslami-Cihad” hərəkatı liderlərinin iyun ayında Tehranda keçirdikləri görüşlərin nəticələrindəndir.
İyunun 15-də Fələstinin “İslami-Cihad” hərəkatının baş katibi Ziad Əl-Nəxali və onu müşayiət edən nümayəndə heyəti İranın rəhbəri Əli Xamenei ilə görüşmüşdü.
“İslami-Cihad” və HƏMAS rəhbərliyi Xamenei ilə yanaşı, iyunun 18-19-u tarixlərində Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşlər keçirdilər.
Həmin görüşlərdə Nəxali Fələstindəki son hadisələrlə bağlı Əli Xameneiyə hesabat təqdim edərək, İsrailin məhv ediləcəyi ilə bağlı ənənəvi ritorikanı davam etdirmişdi. Xamenei və başqa İran rəsmiləri Fələstinin müqavimət qruplarının gücü və etibarının artdığını deyərək, onların İsrailin məhvi istiqamətindəki fəaliyyətlərini alqışlamışdılar.
Bu görüşlər keçirilən vaxt Tehran hökumətinin bölgədə yeni gərginlik yaratmağa çalışdığı, fələstinli radikal qruplaşmalar vasitəsilə İsrailə qarşı yeni təxribatlar həyata keçirməyə hazırlaşdığı bildirilirdi.
Oktyabrın 3-də isə Əli Xamenei rejim rəsmilərinin bəzi müsəlman ölkələrinin İrandakı səfirləri ilə görüşdə yenidən İsraili təhdid etdi. O, bir sıra müsəlman ölkələrinin İsrail ilə münasibətlərinin yaxşılaşdırılma səylərini pisləyərək, Təl-Əvivlə münasibət quran hökumətlərin bəri başdan uduzduqlarını dedi.
Həmin çıxışında Xamenei İsraili təhdid edib, ölkənin sonunun yaxınlaşdığı barədə ənənəvi fikirlərini təkrarladı.
Ancaq hər zaman İsrailin İran və müsəlman dövlətləri vasitəsilə məhv ediləcəyini iddia edən Xamenei bu dəfə başqa ideya irəli sürüb.
“Bu gün Fələstin hərəkatı daha güclü və fəaldır. İşğalçı rejim ölüm ayağındadır və aradan getməlidir. Bu, Fələstinin müqaviməti və fələstinli gənclərin əli ilə baş verəcək”, - Xamenei deyib.
Qeyd edək ki, HƏMAS-ın İsrailə qarşı hücuma başlamasından dərhal sonra Əli Xameneinin silahlı qüvvələr məsələləri üzrə köməkçisi və baş müşaviri Rəhim Səfəvi dəstək bəyanatı yayıb. O, İsrailə qarşı başladılan hücumlar münasibətilə Fələstini təbrik edib, rəsmi Tehranın bunu birməmalı olaraq dəstəklədiyini, sona qədər hücumçuların yanında olacaqlarını bildirib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024