Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-10-2023, 13:47)
HƏMAS ölkənin cənub ərazilərinə keçib - İsrail

 HƏMAS təşkilatı bu hərəkətlərinin əvəzini ağır ödəyəcək.
Axar.az xəbər verir ki, bu fikirlər İsrail Xarici İşlər Nazirliyinin X səhifəsindəki paylaşımında yer alıb.
Bildirilib ki, HƏMAS təşkilatı raketlərin atılması və Qəzza zolağından İsrail ərazisinə yaraqlıların sızması da daxil olmaqla, birgə hücum həyata keçirib. Ancaq İsrail ordusu mülki İsrail vətəndaşlarını müdafiə edəcək.
Nazirlik mülki şəxsləri Milli Fövqəladə Hallar Portalında yerləşdirilən xüsusi təlimatlara uyğun hərəkət etməyə və sığınacaqlara yaxın qalmağa çağırıb. Qəzza zolağının ətrafındakı bölgələrdə yaşayan sakinlərdən isə evlərində qalmaları istənilib.
Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Təl-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
***
HƏMAS üzvləri İsrailin cənubundakı icmalarda patrul xidməti həyata keçirirlər.
Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, minlərlə israilli hazırda evlərində qapalı vəziyyətdədir:
“Bu səhər onlarla HƏMAS silahlısı Qəzzadan İsrail ərazisinə keçib. Minlərlə israilli hazırda evlərində qapalı vəziyyətdədir, HƏMAS silahlıları isə İsrailin cənubundakı icmalarda patrul xidməti aparır, evlərə sızmağa və günahsız israilli ailələri öldürməyə çalışırlar”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024