İqtisadiyyat (12-04-2023, 09:02)
Qocalan avtomobil parkı və Nazirlər Kabinetinin absurd qadağası - NƏ ETMƏLİ?
Aprelin 28-dən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi qadağan edilir.
Bu, Nazirlər Kabinetinin 94 saylı qərarı ilə tənzimlənir.
Bəs ölkədə avtomobil parkının yaşı neçədir?
İqtisadçı Samir Əliyev deyir ki, Azərbaycanın avtomobil parkında yaşı 10-dan çox olan maşınların sayı və payı sürətlə artır:
"Xüsusilə də devalvasiya bu prosesə öz töhfəsini verib. 2014-cü ildə minik maşınlarının 62 faizinin yaşı 10 ildən çox olduğu halda, 2021-ci ildə 80,2 faizə, 2022-ci ildə 83,1 faizə yüksəlib. Yaşı 5 ildən az olan maşınların payı isə 17 faizdən 4,7 faizə enib”.
İqtisadçı bildirib ki, devalvasiyadan əvvəl hər 6-cı maşın yeni olduğu halda, 2021-ci ildə hər 21-ci maşın yeni olub.
Hər 10 maşının 8-nin isə yaşı 10 ildən çoxdur.
"Baku Research İnstitute”u bu barədə araşdırma edib.
Həmin araşdırmadan məlum olur ki, 2014-2021-ci illərdə Azərbaycanda minik avtomobillərinin sayı 22,7 faiz artıb.
Beş ilədək yaşı olan avtomobillərin sayı 66,1, beş ildən on ilədək yaşı olan avtomobillərin sayı isə 11,8 faiz azalıb. Yaşı 10 il və yuxarı olan avtomobillərin sayında isə 58,7 faiz artım olub.
Daha sonra məlum olub ki, avtobuslarda və yük maşınlarında vəziyyət daha pisdir.
Araşdırmaya görə, 2014-2021-ci illərdə Azərbaycanda avtobusların sayı 0.4 faiz azalıb. Beş ilədək yaşı olan avtobusların sayı isə 53,3 faiz enib.
"Beş ildən on ilədək olan avtobusların sayı 33,7 faiz azalıb, on il və yuxarı yaşı olan avtobusların sayı isə 13 faiz artıb”, – araşdırmada bildirilir.
Yük maşınlarına gəlincə, 2014-2021-ci illərdə sayları 14,3 faiz artıb. Beş ilədək yaşı olan maşınların sayı 69,5, beş ildən on ilədək olan maşınların sayı 51,5 faiz azalıb. On il və yuxarı olan maşınların sayı isə 41,4 faiz artıb”.
Araşdırma müəllifləri hesab edirlər ki, xüsusən devalvasiyadan sonra Azərbaycan avtomobil parkı qocalıb.
Mənbə: Meydan TV
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024