İqtisadiyyat / Slayd (24-10-2022, 14:20)
Şirkətlər «Bank Avrasiya»dan pulların bir hissəsini geri çəkiblər
Azərbaycanın ən kiçik banklarından olan «Bank Avrasiya» ASC 2022-ci ilin 3-cü rübü üzrə nəticələrini açıqlayıb.
Mediatv.az FED.az-a istinadla xəbər verir ki, 3-cü rübün sonuna bankın faiz gəlirləri 9 milyon 227 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri cəmi 450 min manat artıb, bu artım əsasən qiymətli kağızların hesabına olub – bu sahədən gəlir ötənilki 461 min manatdan 774 min manata yüksəlib (68% artım).
3-cü rübün sonuna bankın faiz xərcləri isə cəmi 1 milyon 408 min manat olub. Bank depozitlər üzrə faiz ödənişlətrini 100 min manata yaxın azaltsa da, digər banklardan aldığı kreditləri görə ödənişləri təribən 100 min manat artırıb.
2022-ci ilin 3-cü rübünə bankın qeyri-faiz gəlirləri 2 milyon 59 min manat olub. Ötən illə müqayisədə bu göstərici yarım milyon manat və ya 34% artıb. Artımın böyük hissəsi xarici valyuta əməliyyatları üzrə gəlirlərin payına düşür – ötənilki 267 minmanatdan bu il 614 m in manata.
«Bank Avrasiya»nın qeyri-faiz xərcləri isə 20%-ə yaxın artaraq 4,8 milyon manatı keçib. Bu dövrdə təkcə əmək haqları yaprım milyon manat və ya 30% artaraq 2,2 milyon manata yaxınlaşıb.
Nəticədə bank 3-cü rübü 5 milyon 42 min manat əməliyat mənfəəti ilə başa vurub, ötən il bu göstərici 4 milyon 849 min manat idi.
Əməliyyat mənfəətinin böyük hissəsi – 3,9 milyon manatı mümkün zərərlərə görə ehtiyat yaratmağa yönəldilib.
Nəticədə bankın xalis mənfəəti 1 milyon 90 min manat təşkil edib. Xatırladaq ki, ötən il bu vaxt «Bank Avrasiya» 2,8 milyon manatdan çox zərər açıqlamışdı.
3-cü rübün sonuna bankın cəmi aktivləri 205 milyon manatı keçib ki, bu da ilin əvvəli ilə müqayisədə 38 milyon manat artıqdır. Artımın cəmi 10 milyon manatı kredit portfelinin hesabınadır – «Bank Avrasiya» biznes kreditlərini 1 milyon manat da artıra bilməyib, əvəzində istehlak kreditləri 3 milyon manat və ya 77%, daşınmaz əmlak kreditləri 7 milyon manat və ya 18% artıb.
Bankın kredit portfeli 125 milyon manata yaxınlaşıb.
Ümumilikdə bankın aktivlərinin artımı əsasən nağd pul vəsaitlərinin (23 milyon manat və ya 54% artaraq 64,2 milyon manata yüksəlib) və qiymətli kağızlara yatırımların (5,5 milyon manat və ya 31% artaraq 22,1 milyon manatı keçib) hesabına baş verib.
3-cü rübün sonuna «Bank Avrasiya»nın öhdəlikləri də kəskin – 37 milyon manat və ya 38% artaraq 95,7 milyon manatdan 132,6 milyon manata yüksəlib.
Öhdəliklərin artımı bankda fiziki şəxslərin əmanətlərinin 16 milyon manata qədər yüksəlməsi hesabına baş verib – 43 milyondan 59 milyon manata.
Hüquqi şəxslər isə əksinə, bankdakı pulların bir hissəsini geri çəkiblər – 6,4 milyondan 5,3 milyon manata enib.
«Bank Avrasiya»nın öhdəliklərinin artımının əsas səbəbi, başqa banklardan götürülən kreditlərdir. Bu məbləğ 23 milyon manaat yaxın artaraq ilin əvvəlindəki 44 milyon manatdan 67 milyon manata yüksəlib.
Yeri gəlmişkən, «Bank Avrasiya»nın balans hesabatından belə çıxır ki, bank aldığı əlavə kreditlərin böyük hissəsini nağd vəsait kimi saxlayır və ya qiymətli kağızlara yatırır.
Əvəzində «Bank Avrasiya» cəmi kapitalını 1,5 milyon manat artıraraq 72,9 milyonmanata yaxınlaşdırmağa nail olub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024