İdman (20-12-2014, 10:47)
Ukraynalı Olimpiya çempionu Azərbaycan yığmasında
Suya tullanma üzrə məşhur ukraynalı idmançı Aleksey Priqorov Azərbaycan yığmasına keçmək barədə qərar qəbul edib
Mediatv,az anspress-ə istinadən xəbər verir ki, bu barədə suya tullanma üzrə Ukrayna yığmasının baş bəşqçisi Tamara Tokmaçova verib.
Tokmaçovanın sözlərinə görə, Azərbaycanı 2016-cı il Olimpiadasında təmsil etmək üçün Priqorova Ukrayna federasiyasından xüsusi razılıq əldə etmək lazımdı. Tokmaçova özü idmançının bu qərarından razı olmasa da, əldə heç nə olmadığını deyir: “Bizim bir sürü problemimiz var, sadəcə biz onları demirik, çalışırıq özümüz həll edək. Digər ölkələr də bundan istifadə edir. Bir çox idman növü üzrə idmançılarımız hazırda Ukraynanı tərk edir”.
Məşqçinin şikayətinə baxmayaraq, Priqorov Azərbaycan vətəndaşlığını qəbul edib və 2016-cı ildə ölkəmizi təmsil etməyə hazırlaşır.
Qeyd edək ki, Aleksey Priqorov 2008-ci ildə Pekin Olimpiadasının bürünc medalçısı, 2010-cu ildə isə 3 metrlik tramplindən sinxron tullanma üzrə Avropa çempionu olub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025