Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (11-04-2021, 23:12)
Qurban Qurbanov: "Bizim sırada səs-küyün çox olmasını xoşlamıram"


Qurban Qurbanov: Bizim sırada səs-küyün çox olmasını xoşlamıram

"Futbolçularımı təbrik edirəm. Bu gün çox dinamik komandaya qarşı oynadıq".Mediatv.az-ın  məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

Baş məşqçinin sözlərinə görə, "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub etdikləri oyundakı start heyəti yadında deyil: "Bu gün tam hazır olan futbolçular meydanda idilər. Fərqli dəyişikliklər etmişdik. Hücum xətti çox güc sərf etdi. Ona görə Ovusu, Ozobiç və Zubiri tez əvəzlədik".

Qurbanov bugünkü matçda hakim tərəfdən təzyiq hiss olunmadığını vurğulayıb: "Amma bəzi matçlarda 4-cü hakimlər bizə öz etirazlarını bildiriblər. Bizim sırada səs-küyün çox olmasını xoşlamıram. Amma hərdən belə hallar da olur. Bu da futbolun gözəlliklərindən biridir".

Təcrübəli mütəxəssis bildirib ki, turnirlərdə qalib gəlmək istəyirlərsə, çətinlikləri göz önünə gətirməlidirlər: "Ümid edirəm ki, zədəlilər tez zamanda sağalar. Çempionat və kuboku qazanmaq fərqli prestijdir. Hər oyuna köklənmək həm futbolçular, həm də mənim üçün vacibdir. Çalışırıq ki, oyunçular çox yüklənməsinlər".

Baş məşqçi ilk növbədə öz oyunlarını düşündüklərini söyləyib: "Bəlkə də üzərimizdə təzyiq hiss olunur. Amma əsas fikrimiz oynayacağımız rəqibdə olur".

Zədələrini yenicə sağaltmış Qara Qarayev və Mahir Emrelinin durumuna toxunan 49 yaşlı mütəxəssis hər ikisinin fərdi məşq etdiyini bildirib: "Sadəcə, Qara məşqin bəzi hissəsində komanda ilə birlikdə olub. Bu gün meydana buraxmaq olardı. Amma həkimlər məsləhət görmədilər. Mahirin də durumu pis deyil. Sabahdan komanda ilə hazırlığa başlaya bilərlər. Xayme Romeronun mikrozədəsi olduğundan onun da meydana çıxmasında risk var idi. Nə dərəcədə hazır olacaqları qarşıdakı günlərdə bilinəcək".

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024