Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (24-08-2017, 09:32)
Qurban Qurbanov: Belə məğlubiyyətə sevindiyimi xatırlamıram

Qurban Qurbanov: Belə məğlubiyyətə sevindiyimi xatırlamıram

 

Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı. Hər kəsi tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Deyiləcək çox söz yoxdur. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram. Bu uğurun ölkəmizdə futbolun inkişafına bir qədər də təkan verəcəyini düşünürəm.

Mediatv.az-ın “Report”a istinadən məlumatına görə, bunu Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçında Danimarka təmsilçisi “Kopenhagen”ə 1:2 hesabı ilə uduzmaqla turnirin qrupuna vəsiqə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İdman Azərbaycan” telekanalına açıqlamasında deyib.

Qırx beş yaşlı mütəxəssis bildirib ki, hər şey onların düşündükləri kimi alınıb:

“Müdafiədə diqqətli olmalıydıq. Rəqib pressinq tətbiq edirdi, biz də bunun qarşısını almağa çalışırdıq. Rəqib evdə oynayırdı deyə, təzyiq göstərirdi. İstər-istəməz azarkeş dəstəyi sözünü deyir. İkinci hissədə daha soyuqqanlı oynadıq. Hər şey düşündüyümüz kimi alındı”.

Bakıda baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qarabağ”, rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində yoluna qitənin ən nüfuzlu klub turnirində davam edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024