İdman (3-11-2014, 18:46)
Böyük fırıldaq: “Araz Naxçıvan“ın büdcəsini kim yeyib?
Bu gün səhər saatlarında "Araz Naxçıvan" rəsmi saytı ilə məlmat yayaraq fəaliyyətini dayandırdığını açıqladı
Səbəblərin açıqlanmadığı məlumatda qeyd olunurdu ki, ətraflı məlumat günün ikinci yarısında veriləcək.
Hamı 10 turda cəmi 4 xal toplayan komandanın məhz uğursuzluq səbəbindən çempionatdan imtina etdiyini düşündü. Amma çox keçmədən əsas səbəb ortaya çıxdı. Məlum oldu ki, "Araz Naxçıvan"ın fəaliyyətini dayandırmasına səbəb büdcədəki yeyintilər olub.
Piasport.az-ın əldə etdiyi məlumata görə, klub üçün qış fasiləsinədək ayrılan büdcə 3 ay içində mənimsənilib. Artıq "Araz Naxçıvan" futbolçularına maaş verməyə belə pul tapmır. Məlumatı verən mənbə bildirir ki, mövsümün gedişində 8 futbolçunun komandadan qovulmasının səbəbi də budu. Rəhbərlik bu yolla klubun xərclərini azaltmağa çalışıb.
Əldə etdiyimiz məlumata görə, icraçı direktor Orxan Cabbarovun ötən həftə istefa verməsinin səbəbi də məhz budu. Kluba nəzarə edən Cabbarov məsuliyyətdən qaçmaq üçün belə bir addım atıb. Amma çətin ki, klubu tərk etməklə canını qurtara bilsin. Artıq Naxçıvan rəhbərliyi onun fəaliyyətini araşdırmağa başlayıb.
Klub rəhbərliyi isə uğursuzluğu və hakimliyi bəhanə edərək çempionatdan çıxmaqla yeyintilərin üstünü örtməyə, özlərini Vasif Talıbovun qəzəbindən qorumağa çalışır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
11 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
10 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025
9 04 2025