Mediatv.az xəbər verir ki, Messi birinci hissənin sonunda topu başı ilə qapıdan keçirib. Bu, 33 yaşlı argentinalı üçün Katalon klubundakı matçlarda 643-cü qol olub.
Messi bir klubda qolların miqdarına görə braziliyalı Pele ilə bərabər olub. Pele Braziliyanın "Santosa" komandasının heyətində də bu sayda qol vurub.
Argentinalı "Barselona"da 747-ci matçı keçirir. Birinci taymdan sonra hesab 1:1.