İdman (28-08-2015, 11:57)
Messi Avropada ilin futbolçusu seçildi
2014-2015-ci il mövsümündə “UEFA Avropada ilin ən yaxşı futbolçusu” mükafatına “Barselona” komandasının argentinalı oyunçusu Lionel Messi layiq görülüb
Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkünün atılmasından sonra “Barselona”dan Lionel Messi və Luis Suarezin, “Real Madrid”dən isə Kriştiano Ronaldunun əsas namizədlər olduğu mükafatın sahibinin müəyyən olunması üçün səsvermə keçirilib. UEFA-ya üzv olan 54 ölkədən jurnalistlərin iştirak etdiyi səsvermədə rəqiblərini geridə qoyan Messi Avropada 2014-2015-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib.
L.Messi artıq beşinci dəfə verilən bu mükafata iki dəfə layiq görülüb. Argentinalı futbolçu bundan əvvəl 2010-2011-ci il mövsümündə qitənin ən yaxşı futbolçusu seçilmişdi. Messidən başqa, bu mükafata daha əvvəl “Barselona”nın ulduz oyunçusu Andres İniesta, “Bavariya”nın fransalı legioneri Frank Riberi və Kriştiano Ronaldu sahib olublar.
Qadınlar arasında isə ilin futbolçusu adına almaniyalı Selia Sasiç layiq görülüb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025