İdman (11-12-2019, 12:33)
Faiq Qarayev sükutu pozdu: Heç vaxt pulsuzluqdan şikayətlənməmişəm
Keçən il səviyyəsi aşağı olan ölkə çempionatı baş tutdu. Bunun da səbəbi klubların bağlanması oldu. Halbuki Azərbaycanda əvvəl keçirilən çempionat Avropada üçüncü yerdə idi. Çünki səviyyəli legionerlər gəlirdi. Ölkə çempionatında sonradan üç legionerin oynamasına icazə verdik. Bu sistem yerli oyunçuların inkişafına səbəb oldu. Klublar arasında rəqabət yaranmışdı.
Mediatv.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.
O bildirib ki, indi əksər klublar federasiya prezidenti Cavid Qurbanovun maliyyə dəstəyi ilə təmin olunur. O artıq ölkə çempionatında mübarizə aparacaq komandaların adlarını açıqlayıb
“Lokomotiv”, “Neftçi”, MOİK, “Sərhədçi”, “Xilasedici”, “Azərreyl” və Gürcüstan millisi kişilərin çempionatında, “Lokomotiv”, “Abşeron”, “Mübariz”, “İqtisadçı”, “Azərreyl” və Gürcüstan yığması qadınların çempionatında iştirak edəcək.
Dekabrın 14-də ölkə çempionatına start verəcəyik. Hövsandakı FHN Arenasında, “Sərhədçi”də, Biləcəridəki “Lokomotiv”in zalında, Dərnəgüldə oyunlarımız olacaq. Çalışırıq şəhərdən kənar qəsəbələrdə keçirək ki, oralarda voleybola marağı artıraq. MOİK-in zalı açılacaq. Finalları Heydər Əliyev Arenasında keçirəcəyik. Çempionat iki dövrəli, daha sonra pley-off sistemi ilə baş tutacaq.
Hazırda federasiyanın heç kimə borcu yoxdur. Çünki Cavid müəllim bütün borcları bağlayıb. Əvvəl mətbuat önünə çıxmamağımın səbəbi borclarımızın olması idi. Bilirdim ki, bu barədə sual veriləcək.
Natəvan Qasımova əvvəl jurnalist tanışı vasitəsilə pulunu almadığını yazdırtdırırdı. Hamının borcu ola bilər. Mənim də çətin vaxtlarım olub. Amma heç vaxt pul baxımından şikayətlənməmişəm”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024