İdman (10-07-2014, 17:18)
“Skolari bir daha Braziliya millisini çalışdırmayacaq“
DÇ-2014"ün üçüncü yer uğrunda Hollandiya ilə keçiriləcək oyun Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari üçün yığmada son matç olacaq
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Braziliya Futbol Konfederasiyasının yeni vitse-prezidenti Delfim Peyşotu açıqlamasında deyib.
D.Peyşotu Skolarinin bundan sonra heç vaxt Braziliya yığmasını çalışdırmayacağını bildirib: "Hər şey pisdir. Artıq-əksik nəsə söyləməmək üçün danışmaq istəmirəm. Ancaq bir şeyi deyə bilərəm ki, Skolari bir daha yığmanı çalışdırmayacaq. O, heç vaxt qayıtmayacaq. Skolari bizim üçün yükdür".
Qeyd edək ki, 2002-ci ildə Braziliyanı dünya çempionu edən Skolari "DÇ-2014"ün yarımfinalında Almaniyaya 1:7 hesabı ilə uduzmaqla ölkədəki nüfuzunu itirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025