İdman (25-09-2017, 14:02)
"Roma"nın daha bir futbolçusu Bakıya gəlməyəcək
İtaliyanın "Roma" klubu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II tur matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.
Mediatv.az Report-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Dieqo Perotti "Udineze" ilə A Seriyasının VI tur qarşılaşmasında zədə alıb.
O, ayağının kəsilmiş hissəsinin fotosunu şəxsi "Instagram"ında yerləşdirib. Bakıya səfər edə bilməyəcək 29 yaşlı argentinalı oyunçunun oktyabrın 1-də "Milan"la səfər matçında da iştirakı sual altına düşüb.
Daha əvvəl Patrik Şikin də zədə üzündən "Qarabağ"la və Çexiya millisinin heyətində oktyabrın 5-də Azərbaycan yığması ilə görüşləri buraxacağı açıqlanıb.
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlanacaq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025