Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (3-06-2014, 14:30)
“Qəbələ”nin yeni baş məşqçisi

“Qəbələ”nin yeni baş məşqçisi

“Qəbələ”nin yeni baş məşqçisi bu gün ölkəmizə gəlir. 

“Mediatv.az” xəbər verir ki,  “Futbolinfo.az”-ın çox etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu, Kiprin AEL klubunun çalışdırıcısı İvaylo Petevdi.

 “Qəbələ” rəhbərliyi 38 yaşlı çalışdırıcı ilə ötən həftə müqavilə imzalamalıydı. Lakin Petevin komandasının Kipr çempionatında bir oyunu qaldığından anlaşmanın rəsmiləşməsi yubandı. Belə ki, APOEL və AEL komandaları arasındakı çempionluq görüşü mayın 17-də baş tutmalı idi. Oyun zamanı aranın qarışması matçın təxirə düşməsinə səbəb olub və görüş mayın 31-də keçirilib. AEL son oyunda rəqibinə minimal hesabla məğlub olaraq, çempionluğu əldən verib.

 Kipr komandası ilə yollarını ayıran Petev bu gün Bakıya gələcək və tərəflər arasında müqavilə imzalanacaq. Məhz bu səbəbdən də "Qəbələ" rəsmiləri baş məşqçi məsələsinə bu gün aydınlıq gələcəyini bildirir.

 Bolqar mütəxəssis gənc olmasına baxmayaraq, çalışdığı klublarda uğur qazanmağı bacarıb. O, başçılıq etdiyi “Ludoqorets”i 2010/11 mövsümündə aşağı dəstədə çempion etməklə əsas liqaya yüksəldib. Daha sonra 2 dəfə Bolqarıstan çempionu olub (2011/12; 2012/13), 2012-ci ildə çempion olduğu "Ludoqorets"lə ölkə kubokunu başı üzərinə qaldırıb. Həmin ildə Petevin komandası Superkubokun finalında Plovdiv “Lokomotiv"”ni məğlub edərək (3:1) daha bir qəniməti klub muzeyinə aparıb. 2013-cü ildə isə “Ludoqorets” Superkubokun finalında "Beroe"yə penalti seriyasında məğlub olub.

шаблоны для dle 11.2

Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024