İdman (3-05-2017, 08:35)
Azərbaycanın “İslamiada”dakı bayraqdarı müəyyənləşib
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarı müəyyənləşib.
Mediatv.az-ın Report-a istinadən məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Onun sözlərinə görə, mayın 12-də keçiriləcək açılış mərasimində nümayəndə heyətinin önündə karateçi Rafael Ağayev gedəcək.
Lakin Ç.Hüseynzadə bayraqdarın dəyişilə biləcəyini istisna etməyib:
“Mən Rafaelin özü ilə də danışmışam. Açılış mərasiminin ertəsi - mayın 13-də Ağayev çıxış edəcək. Bunu nəzərə alaraq bayraqdarın dəyişilmə ehtimalı var. Amma 90 faiz Rafaeldir. Burada komandaya ziyan dəyəcək məqam olsa, ola bilər onu dəyişək”.
R.Ağayev isə bayraqdar olacağını Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovdan eşitdiyini söyləyib.
32 yaşlı idmançı bu missiyanı yerinə yetirməyə hazır olduğunu vurğulayıb:
