Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-04-2017, 14:30)
“Xəzərdən başlayan su səyahəti” Astarada

“Xəzərdən başlayan su səyahəti” Astarada

Aprelin 5-də Bakının Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Naxçıvandan sonra aprelin 9-da Astarada davam edib.

Mediatv.az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinə Astarada “Yanar bulaq”dan start verilib.

Dünya və Avropa Çempionatının sərbəst güləş üzrə bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən “Qran-Pri” beynəlxalq yarışın qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Mirrahil Ağayev “Yanar bulaq”da Azərbaycanın dəmirçilik ənənəsindən, İslam dünyasında ənənəvi qab dizaynına uyğun döyülmüş misdən hazırlanmış “Bakı 2017”-nin gözəl su qablarını su ilə doldurdular. Bu su qabları axşam saatlarında Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində keçiriləcək “Su festivalı”nda və mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Astara Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Astara şəhər bələdiyyəsinin sədri Şahverən Cavadov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin daxili əlaqələr üzrə meneceri, layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara qələbə sevincləri arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Qeyd edək ki, “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Astara şəhərindəki park-bulvar kompleksində axşam saatlarında “Su festivalı” keçiriləcək, konsert proqramı təqdim olunacaq.

 




шаблоны для dle 11.2

Xəbər lenti
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024