İdman (12-12-2016, 17:13)
Avroliqada 1/16 final cütləri müəyyənləşdi
Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
Mediatv.az xəbər verir ki, tədbirdə 32 komanda 16 cütlük təşkil edib.
Türkiyə təmsilçilərində “Fənərbaxça” “Krasnodar”a (Rusiya), “Beşiktaş” “Hapoel”ə (İsrail), “Osmanlıspor” isə “Olimiakos”a (Yunanıstan) rəqib olub.
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 16-da, cavab qarşılaşmaları isə fevralın 23-də keçiriləcək
Avropa Liqası, 1/16 final
“Atletik” (İspaniya) – APOEL (Kipr)
“Legiya” (Polşa) – “Ayaks” (Hollandiya)
“Anderlext” (Belçika) – “Zenit” (Rusiya)
“Astra” (Rumıniya) – “Genk” (Belçika)
“Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyen” (Fransa)
“Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka)
“Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna)
“Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə)
“Gent” (Belçika) – “Tottenhem” (İngiltərə)
“Rostov” (Rusiya) – “Sparta” (Çexiya)
“Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə)
“Borussiya” (Münhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya)
“Alkmaar” (Hollandiya) – “Lion” (Fransa)
“Hapoel” (Beyer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə)
PAOK (Yunanıstan) – “Şalke” (Almaniya)
