Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (14-01-2016, 17:48)
Dünyanın ən prinsipial görüşləri

 

Dünyanın ən böyük derbilərinin yeni siyahısı açıqlanıb.

Mediatv.az saytı xəbər verir ki, 98 oyunun salındığı şəhər derbisi sıralamasında Azərbaycan komandalarının qarşılaşmaları yer almayıb.

 

Aparılan səsverməyə əsasən, dünyanın ən böyük derbisi “Fənərbaxça” ilə “Qalatasaray” arasında keçirilən oyunlardı. “Boka Xuniors” – “River Pleyt” matçı ikinci, “Seltik” – “Reyncers” görüşü isə 3-cüdü.

 

Maraqlıdı ki, “Milan” – “İnter”, “Mançester Siti” – “Mançester Yunayted”, “Atletiko” – “Real” kimi derbilər ilk “onluq”dan çox uzaq düşüblər.

 

Ölkə derbisi sıralamasında yer alan 18 oyun arasında Azərbaycan klublarının qarşılaşması da göstərilib.

 

Belə ki, “Kəpəz” – “Neftçi” görüşləri bu siyahıda 18-ci sırada qərarlaşıb. Bu komandaların deuli 5,8 xalla qiymətləndirilib. Siyahıya isə “El Klasiko” başçılıq edir. “Barselona” – “Real” matçı 8,9 xal toplayıb. Gərginliyi ilə diqqət çəkən oyunlardan “Arsenal” – “Mançester Yunayted” 6-cı, “Trabzonspor” – “Fənərbaxça” isə 7-ci yeri tutub.

 

Bölgə derbilərinin sıralamasında üçhakimiyyətlilik hökm sürür. “Liverpul” – “Mançester Yunayted”, “Sent-Etyen” – “Lion” və “Sanderlend” – “Nyukasl” oyunları 10 xallıq sistemə görə, 8 xalla ilk “üçlüy”ü bölüşürlər.

 

Şəhər derbisi:

1. “Fənərbaxça” – “Qalatasaray” (Türkiyə): 9,4 səs

2. “Boka Xuniors” – “River Pleyt” (Argentina): 9,3

3. “Seltik” – “Reyncers” (Şotlandiya): 9,1

4-7. “Olimpiakos” – “Panatinaikos” (Yunanıstan): 8,6

4-7. “Roma” – “Latsio” (İtaliya): 8,5

4-7. “Flamenqo” – “Fluminense” (Braziliya): 8,5

4-7. “Srvena Zvezda” – “Partizan” (Serbiya): 8,5

8. “Əl-Əhli” – “Zamalek” (Misir): 8,4

9. “Penarol” – “Nasional” (Uruqvay): 8,3

10. “Sevilya” – “Betis” (İspaniya): 8,2

...20. “Milan” – “İnter” (İtaliya) – 7,8

21. “Vasko de Qama” – “Flamenqo” (Braziliya) – 7,8

...33. “Beşiktaş” – “Fənərbaxça” (Türkiyə) – 7,6

34. “Qalatasaray” – “Beşiktaş” (Türkiyə) – 7,5

...40. “Mançester Siti” – “Mançester Yunayted” (İngiltərə) – 7,4

...46. “Everton” – “Liverpul” (İngiltərə) – 7,3

...58. “Atletiko” – “Real” (İspaniya) - 7

...88. “Espanyol” – “Barselona” (İspaniya) – 5,8

 

Ölkə derbisi:

1. “Barselona” – “Real” (İspaniya) – 8,9

2. “Hayduk” – “Dinamo” (Xorvatiya) – 8,6

3. “Ayaks” – “Feyenord” (Hollandiya) – 8,4

4. PSJ – “Marsel” (Fransa) – 8,3

5. “Çivas” – “Amerika” (Meksika) – 8

6. “Arsenal” – “Mançester Yunayted” (İngiltərə) – 7,8

7. “Trabzonspor” – “Fənərbaxça” (Türkiyə) – 7,6

8. “Porto” – “Benfika” (Portuqaliya) – 7,5

9-11. “Panatinaikos” – PAOK (Yunanıstan) – 7,3

9-11. PAOK – “Olimpiakos” (Yunanıstan) – 7,3

9-11. “PSV Eyndhoven” – “Ayaks” (Hollandiya) – 7,3

...18. “Kəpəz” – “Neftçi” (Azərbaycan) – 5,8

 

Yer derbisi:

1-3. “Liverpul” – “Mançester Yunayted” (İngiltərə) – 8

1-3. “Sent-Etyen” – “Lion” (Fransa) – 8

1-3. “Sanderlend” – “Nyukasl” (İngiltərə) – 8

4. “Şalke” – “Borussiya” Dortmund (Almaniya) – 7,8

5. “İpsviç” – “Norviç” (İngiltərə) – 7,7

6. “Sauthempton” – “Portsmut” (İngiltərə) – 7,6

7. “Kardiff” – “Suonsi” (Uels) – 7,5

8. “Deportivo” – “Selta” (İspaniya) – 7,4

9-10. “Vest Bromviç” – “Aston Villa” (İngiltərə) – 7,1

9-10. “Vulverhempton” – “Vest Bromviç” (İngiltərə) – 7,1

 

Qeyd edək ki, “Kəpəz” – “Neftçi” rəqabəti 1992-ci ildən bəri davam edir. Bu komandalar indiyə qədər ölkə çempionatları çərçivəsində 41 dəfə üz-üzə gəliblər. Bunun 15-də gəncəlilərin, 19-da isə bakılıların üzü gülüb. 7 görüşdə də “sülh” bağlanıb.

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024