Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (11-03-2016, 12:14)
Rövnәq Abdullayev yenə AFFA prezidenti seçildi

 

 

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti hesabat-seçki konfransı keçirilib.

Mediatv.az xəbər verir ki, Konfransda quruma prezident seçilib. Açıq səsvermə yolu ilə keçirilən seçkidə hazırkı prezident Rövnəq Abdullayev öz postunda qalıb. O, yekdilliklə növbəti 4 il müddətinə Federasiyaya rəhbərlik edəcək. Daha sonra çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev:

“Mənə yenidən etimad göstərdiyiniz üçün minnətdaram. Söz verirəm ki, etimadınızı doğruldacam. Qarşıda bizi çox böyük işlər gözləyir. Çalışacağıq ki, qarşımıza qoyulan vəzifələri yerinə yetirək, Azərbaycan futbolunu yüksəldək. Əsas vəzifəmiz 2020-ci ildə Azərbaycan yığmasının final mərhələsində iştirakını təmin etməkdi. Bunun üçün əlimizdən gələni edəcəyik” - deyə, bildirib.

Bundan başqa AFFA İcraiyyә Komitәsinin 10 nәfәrlik yeni heyәti müәyyәnlәşib. 

Peşəkar Futbol Liqası – 4 yer

1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – «Sumqayıt» FK tərəfindən
3. Elşad Nəsirov – «Neftçi» PFK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Sahə Futbol Federasiyaları – 2 yer

1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları – 2 yer

1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən

Qeyd edək ki, R.Abdullayev prezident postuna yeganə namizəd olub. Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində çalışır. AFFA prezidentliyinə hər dörd ildən bir seçkilər keçirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024