Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (3-02-2016, 20:12)
“Onlar bizə kömək etmək durumunda deyillər” – Zaur Svanadze

 

“Qəbələ” ilə oyuna yaxşı hazırlaşmışıq. Ötən turdakı məğlubiyyətə və heyətimizdəki itkilərə baxmayaraq, meydana qələbə üçün çıxacağıq. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik”.

Mediatv.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Qış fasiləsindən sonra çempionatdakı ilk oyununda “Zirə”yə uduzan (1:2) “bankirlər” növbəti görüşlərini “Qəbələ”yə qarşı keçirəcəklər.

 

Paytaxt klubunun çalışdırıcısı qarşılaşmanın ağır keçəcəyini desə də, qələbəyə ümidlidi: “Qəbələ” Azərbaycan çempionatının ən güclülərindəndi. Ancaq bizim də hədəfimiz bəllidi. Öz meydanımızda qələbə istəyimiz daha çox olur. Çempionatın ikinci hissəsinə yaxşı başlamadıq. Açığı, “Zirə”yə uduzacağımızı gözləmirdim. Oyunda kifayət qədər qol imkanı əldə etsək də, şanslardan lazımınca faydalana bilmədik. Belə olan halda, meydanı xalsız tərk etməli olduq. Artıq həmin görüşü unudub, diqqətimizi “Qəbələ” ilə matça yönəltmişik”.

 

“İnter” “qırmızı-qaralar”la oyuna itkilərlə çıxacaq. Belə ki, Kamran Ağayev cəzalı, Rauf Əliyev, Mirhüseyn Seyidov və Mirsahib Abbasov isə zədəli olduqlarından, “Qəbələ” ilə matçda komandalarına kömək edə bilməyəcəklər.

 

Gürcüstanlı mütəxəssisin sözlərinə görə, zədəsi olan digər 3 futbolçunun durumu isə yaxşılaşıb: “Rauf artıq uzun müddətdi ki, zədədən əziyyət çəkir və bu səbəbdən meydana çıxa bilmir. Onun sıraya dönməsini daha bir müddət gözləməliyik. Seyidov və Abbasov da hazırda bizə kömək etmək durumunda deyillər. Kamran Ağayev isə cəzalı olduğu üçün “Zirə” ilə matçda olduğu kimi, bu dəfə də qapıda yer almayacaq. Əvəzində zədəsi olan digər futbolçularımızın vəziyyəti tam yaxşılaşıb və bu bizi sevindirir. Söhbət Denis Silva, İlkin Qırtımov və Nizami Hacıyevdən gedir. Hər 3 futbolçunun zədəsi olsa da, artıq bu problemi geridə qoyublar və “Qəbələ” ilə görüşdə iştirak edə biləcəklər”.

 

Qeyd edək ki, fevralın 7-də keçiriləcək “İnter” – “Qəbələ” matçı saat 17:30-da start götürəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024