Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (27-01-2016, 20:13)
Sabah Azərbaycan klubları üçün püşk atılacaq

 

Qadın voleybolçulardan ibarət Çempionlar Liqası və CEV kubokunun növbəti mərhələsinin püşkatmasının vaxtı məlum olub.

 

Mediatv.az saytının məlumatına görə, son turun nəticəsindən asılı olmayaraq, Çempionlar Liqasında pley-offa yüksələn Bakının “Lokomotiv” klubu rəqibini sabah tanıyacaq.

 

Avropa Voleybol Konfederasiyasının mənzil-qərargahı Lüksemburqda baş tutacaq mərasimdə “Azəryol” üçün də püşk atılacaq. Tarixində ilk dəfə bu mərhələyə yüksələn komandanın potensial rəqibləri bu gün baş tutacaq Çempionlar Liqasının VI turundan sonra bilinəcək. Həmçinin, “Lokomotiv”in də qarşılaşa biləcəyi bütün komandaların adları qrup mərhələsinin yekununa əsasən müəyyənləşəcək.

 

Bakı vaxtı ilə saat 14:00-da start götürəcək püşkatmadan öncə Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək klubun da adı açıqlanacaq.

 

Qeyd edək ki, Avropa Voleybol Konfederasiyası Rusiya və Türkiyə klublarının bir-biri ilə qarşılaşmaması ilə bağlı addım atmaq təklifindən imtina edib. Bu isə o deməkdi ki, münasibətləri o qədər xoş olmayan ölkələrin komandaları növbəti mərhələlərdə də bir-biri ilə üz-üzə gələ bilərlər. 

шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024