Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (5-01-2016, 18:15)
Müasir texnologiya Tofiq Bəhramovun qalmaqallı qərarını haqlı çıxardı

 

DÇ-1966-cı finalında keçirilmiş İngiltərə - AFR (Almaniya Federativ Respublikası) matçında həmyerlimiz Tofiq Bəhramovun verdiyi qərar növbəti dəfə müzakirəyə çıxarılıb.

Mediatv.az saytının məlumatına görə, Britaniyanın “Sky Sports” telekanalında bununla bağlı aparılmış araşdırma dünən efirdə təqdim edilib.  

 

Verilişdə ekspert qismində Ceymi Karrager və Ed Çemberlin iştirak ediblər.

 

Həmin matçda İngiltərə yığmasının üzvü Ceffri Herstin zərbəsindən sonra topun qapı xəttini keçib-keçmədiyini müzakirəyə çıxaran ekspertlər saatlarla bu barədə diskussiya aparıblar.

 

Müasir texnologiya ilə aparılan araşdırma Tofiq Bəhramovu haqlı çıxarıb.

 

Epizodla bağlı danışan “Liverpul”un sabiq müdafiəçisi Karrager həmyerlimizin qərarının doğru olduğunu bildirib: “Bununla bağlı çox müzakirələr aparılıb. Mən həmin oyunla bağlı söhbətləri eşidə-eşidə böyümüşəm. Bizim texnologiya vasitəsilə birdəfəlik sübuta yetirə bildik ki, həmin epizodda top qapı xəttini keçib. Bu isə o deməkdi ki, laynsman Tofiq Bəhramovun qərarı doğrudu. Almanlar həmin qolla bağlı bir daha şikayətlənə bilməzlər”. 

 

Qeyd edək ki, 50 il əvvəl keçirilmiş matçda İngiltərə yığması almanlara 4:2 hesabı ilə qalib gələrək, dünya çempionu adına yiyələnib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024