Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (9-12-2015, 22:14)
Oleq Kononov: Qələbə bizim üçün önəmlidi

 

“Sabah meydana əsas heyətlə çıxacağıq. Amma bəzi zədəli oyunçularımız var ki, Bakıya gətirilməyiblər. Onlardan başqa bütün əsas oyunçularımız “Qəbələ”yə qarşı oynayacaqlar”.

Mediatv.az saytının məlumatına görə, bu sözləri “Krasnodar”ın baş məşqçisi Oleq Kononov deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Krasnodar” sabah “Qəbələ”nin qonağı olacaq. Matçdan öncə mətbuat konfransı keçirən Kononov bunları deyib: “Qrup birincisi olmaq imkanımız var. Bu da növbəti mərhələyə səpələnmişlərin arasında çıxmaq şansı yaradır. Bunun da üstünlüyü var. Bir də ki, ili yaxşı bitirmək arzusundayıq. Bu mənada, qələbə bizim üçün önəmlidi”.

 

- Torbinski ilə Bıstrova nə olub? Onların sabahkı oyunu buraxmaqlarının səbəbi konkret olaraq nədi?

- Onlar məşqdə zədələndilər. Düşünürdük ki, zədələri çox ciddi deyil. Amma onların vacib oyun öncəsi bərpası mümkün olmadı. Sabahkı matçda Vandersonu əsas heyətdə meydana buraxmağı düşünürük. O, son oyunlarda özünü yaxşı tərəfdən göstərib və ilk “11-lik”də yer almağa hazırdı.

 

- “Spartak” və “Kuban”la oyunlarda komanda yaxşı xarakter göstərdi, qollar vurdu. Amma bunun müqabilində qapısından 5 qol buraxdı. Müdafiədəki problemlə bağlı nə deyə bilərsiz? Rəhbəlikdən yeni müdafiəçi almağı tələb edəcəksizmi?

- Son oyunlardan bir neçəsində qol buraxmamışıq. “Spartak”la matçda bir neçə qol şansımız oldu. “Kuban”la görüşdə həm rəqibə oynamaq imkanı verdik, həm də özümüz oynadıq. Müdafiədə seçimimizin çox olmadığını müzakirə etmişik.

 

- “Qəbələ” ilə ilk oyundan sonra bu komandanın hansı görüşlərini izləmisiz və nə kimi dəyişikliklər görmüsüz?

- PAOK-la oyunu izləmişəm. Həmçinin daxili çempionatda 1:0 hesabı ilə qalib gəldikləri matça baxmışam. Deməzdim ki, çox dəyişiklik var. Yenə təkrarlayıram ki, bizi çox ciddi oyun gözləyir.

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024