Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (19-09-2015, 21:26)
Teymur Rəcəbov uduzdu

 

Azərbaycan yığmasının liderlərindən biri Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku yarışlarında mübarizəni dayandırıb.

Mediatv.az-ın məlumatına görə, onun 1/16 final mərhələsi çərçivəsində rusiyalı Pyotr Svidler ilə görüşünün taleyi iki klassik partiyadan sonra tay-breykdə həll olunub.


Sürətli şahmat oyununda iki partiyanın yekunlarına görə, T.Rəcəbov rəqibi P.Svidlerə uduzub (0,5:1,5).

Daha əvvəl isə digər qrossmeysterlərimiz - Vasif Durarbəyli, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov da mübarizədən kənarlaşıblar.

Beləliklə, Dünya Kubokunun 1/8 final mərhələsində Azərbaycanı yalnız Şəhriyar Məmmədyarov təmsil edir. O, növbəti dövrədə ABŞ qrossmeysteri Fabiano Karuana ilə qarşılaşacaq.

Yarışın ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib 96 min dollar, finalçı 40 min dollar, dörddə bir final mərhələsinə yüksələn şahmatçılar hərəyə 28 min dollar qazanacaqlar. Qalib və finalçı 2016-cı ildə iddiaçıların turnirində iştirak etmək hüququ əldə edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024