Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (2-03-2015, 17:44)
Teymur Rəcəbov reytinq siyahısında irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb

 

Apasport.az saytının məlumatına görə, mart üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb.
 
Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Həmyerlimiz ötən ayda olduğu kimi, yenə 13-cü yerdədi. Onun aktivində 2759 reytinq xalı var.
 
Gürcüstanda keçirilən Qran-pri turnirində 3-cü yeri tutan Teymur Rəcəbov isə irəliləyib. Həmyerlimiz 4 rəqibini qabaqlayaraq, 2738 xalla 20-ci yerə yüksəlib.
 
Reytinq cədvəlinin ilk “üçlüyü”ndə dəyişiklik baş verib. Yenə Maqnus Karlsenin (Norveç, 2863) başçılıq etdiyi siyahıda Fabiano Karauna (İtaliya, 2802) ikinci olsa da, Aleksandr Qrişuk (Rusiya, 2794) 3-cü pilləni Hikaru Nakamuraya (ABŞ, 2798) təhvil verib.
 
FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların “100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Şəhriyar Məmmədyarov (2766) 13-cü, Teymur Rəcəbov 22-ci (2741), Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2681) 59-cudu. Siyahıya 2856 xalla italiyalı Fabiano Karuana başçılıq edir.
 
Blits növündə isə Məmmədyarovla Rəcəbov yenə 7-8-ci yerlərə şərikdi. Onların aktivində 2808 xalı var. Bu siyahıda Məmmədov 16-cı (2767), Eltaj Səfərli (2676) 74-cü, Hüseynov (2653) 92-ci pillədədi. Standart cədvəldə lider olan Karlsen (2948) burada da birincidi.
 
Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025