İdman (17-08-2015, 16:09)
"Onlar eyni səbəbə görə komandanı tərk etdilər"
İtaliya A Seriyasında yeni mövsüm öncəsi AEK klubu ilə yoldaşlıq oyunu keçirən "İnter" rəqibi ilə qolsuz bərabərliyə razılaşıb. Matçdan sonra "nerazzuri"nin baş məşqçisi Roberto Mançini həm oyun, həm də bəzi futbolçuların son həftədə heyəti tərk etməsinə münasibət bildirib.
"Biz 3 günə dəyişiklik gözləyə bilmərik. Sadəcə ikinci hissədə daha yaxşı təsir bağışladıq. Qapımızı toxulunmaz saxladıq ki, əsas budur. Oyunumuzda bir qədər sürəti artırmaq lazımdır. Buna vaxt tələb olunur. Hörmət edilməli qaydalar var. Düşünmürəm ki, kimsə Kovaçiç və Şakirinin getməsi istəyərdi. Lakin "Financial fair play" qaydalarına əməl etmək lazımdır. Klub prezidenti, İdarə heyəti, mən və futbolçuların hər biri buna təəssüflənirik. Şakiri də, Kovaçiç də eyni səbəbə görə komandanı tərk etdilər. Lakin onların yerinə lazımi futbolçuları gətirməyə çalışacağıq. Ümid edirəm ki, növbəti həftə çempionatın başlanmasını nəzərə alıb bunu tez həyata keçirə biləcəyik. Görək transfer bazarında nə edərik".
