Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (15-08-2015, 14:20)
Misrəddin İsgəndərov dünya çempionu olub

Misrəddin İsgəndərov dünya çempionu olub

Polşanın Ostroda şəhərində 58-ci dünya şahmat bəstəçiliyi konqresi keçirilib. Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının iclasları və şahmat məsələlərinin həlli üzrə 39-cu dünya çempionatı daxil olub. 

 

Azərbaycanı bu yarışda şahmat həlletməsi üzrə yığma komandanın üzvləri Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Misrəddin İsgəndərov (Sumqayıt), Rəşad Zeynallı (Bakı), Elmar Abdullayev (Şirvan) və ölkəmizin bu təşkilatda nümayəndəsi, komandanın baş məşqçisi İlham Əliyev (Sumqayıt) təmsil ediblər.

Ənənəvi olaraq konqresdə dünya çempionatından əvvəl açıq turnir keçirilib. Qələbə uğrunda 24 ölkədən 89 şahmatçı mübarizə aparıb. Azərbaycan idmançıları arasında bu yarışda ən yaxşı nəticəni Misrəddin İsgəndərov göstərib. O, 48,5 xalla altıncı yeri tutub. Digər təmsilçimiz Rəşad Zeynallı belə yarışlarda ilk dəfə çıxış etməsinə baxmayaraq, 45 xal toplayıb və 13-cü yerdə qərarlaşıb. Araz Alməmmədov isə 44,5 xalla 14-cü olub.

Sonra 39-cu dünya çempionatına start verilib. Burada 85 şahmatçı şəxsi hesabda mübarizə aparıb. Qızıl medalı yerli şahmatçı Kasper Pior qazanıb. M.İsgəndərov 5-ci, A.Alməmmədov 18-ci, R.Zeynallı 22-ci, R.Cavadov isə 47-ci olublar.

Dünya çempionatında komanda hesabında 19 komanda mübarizə aparıb. Çempionatda qalib adını Polşa yığması qazanıb. Azərbaycan komandası dəfələrlə dünya və Avropa çempionları Rusiya, Almaniya, Ukrayna millilərini geridə qoyaraq beşinci yeri tutub. Komanda yarışlarında şəxsi nəticələrə görə M.İsgəndərov 71 xalla gənclər arasında dünya çempionu adını qazanıb. Rəşad Zeynallı isə 54,5 xalla bürünc medala layiq görülüb.

Son yarışların nəticələrinə görə M.İsgəndərov həlletmə üzrə beynəlxalq usta, qrossmeyster Z.Məmmədov isə FİDE ustası adını alıb. M.İsgəndərov, həmçinin həlletmə üzrə ölkəmizin tarixində ilk dəfə olaraq qrossmeyster balını da toplayıb və beynəlxalq həlletmə əmsalı ilə yığma komandamızın liderinə çevrilib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024