İdman (28-03-2015, 20:15)
Ronaldu üçün inanılmaz təklif
"Mançester Yunayted"in Kriştianu Ronaldunu geri qaytarmaq istəyi bitib-tükənmir.
Mediatv.az-ın məlumatına görə, "Daily Efxpress" qəzeti portuqaliyalı ulduzun transferi ilə yeni iddia ilə çıхış edib.
İngiltərə qəzetinin iddiasına görə, "qırmızı şeytanlar" bu transfer üçün "Real"a 110 milyon avro ödəməyə hazırdır. "Mançester Yunayted" futbolçunun özünə də illik 20 milyon avro təklif etmək niyyətindədir.
Portuqaliyalı ulduzu transfer etmək istəyən "qırmızı şeytanlar"ın fanatları da Ronaldunu geri qaytarmaq üçün kampaniyaya start veriblər.
Portuqaliyalı ulduzu transfer etmək istəyən klub 100 milyon sterlinq ödəməlidir. Çünki bu, futbolçunun müqaviləsində əsas maddədir. Həmin səbəbə görə ingilis azarkeşlər xüsusiwww.BringRonaldohome.org internet səhifəsi hazırlayıblar.
Məhz bu səbəbdən başlanılan kampaniyada azarkeşlərin əsas məqsədi 10 milyon “Mançester Yunayted” fanatının hər birindən 10 funt-sterlinq yığmaqdır. Əgər bu sayda insan nəzərdə tutulan məbləği ödəsə, onda 100 milyon funt sterlinq yığılmış olacaq və Ronaldunun müqaviləsində olan həmin maddə asanlıqla aradan qalxacaq.
