Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (18-02-2025, 13:28)
Fərid Qayıbov MOK-un vitse-prezidentliyindən UZAQLAŞDIRILDI

 Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. IX Hesabat-seçki baş məclisində növbəti 4 il müddəti üçün İcraiyyə Komitəsi üzvlərinin adları müəyyənləşib.

Azərbaycan Prezidenti İlham Əliyev baş məclisdə növbəti dəfə MOK-un prezidenti seçilib.

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.İcraiyyə Komitəsinin yeni üzvləri arasında hazırkı gənclər və idman naziri Fərid Qayıbovun adının olmaması diqqət çəkib. Belə ki, o, ötən seçkidə İcraiyyə Komitəsinin üzvü seçilib və Komitənin vitse-prezidenti təyin edilib.

Fərid Qayıbovun yerinə Fərid Mansurov vitse-prezident olub. Fərid Mansurov 2004-cü ildə Afinada 66 kq çəki dərəcəsində, yunan-Roma güləşi üzrə XXVIII Yay Olimpiya Oyunlarının qalibi olub.

Xatırladaq ki, bundan əvvəl Fərid Qayıbov III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin rəhbəri vəzifəsini itirib. Onun yerinə Baş nazirin müavini Samir Şərifov təyin edilib, Fərid Qayıbov isə onun müavini olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025