Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (16-02-2025, 10:48)
Gənclər və İdman Nazirliyi Bakıda keçirilən beynəlxalq turniri boykot edir?

Gənclər və İdman Nazirliyi Bakıda keçirilən beynəlxalq turniri boykot edir?
Nazir Fərid Qayıbov
Azərbaycanın Gənclər və İdman Nazirliyinin rəhbərliyi növbəti dəfə mənfi hərəkətlə diqqət çəkib.

Reyting.a
z xəbər verir ki, bu barədə Supersport.Az yazıb.

Bildirilir ki, dünən Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya səviyyəli "Böyük Dəbilqə" beynəlxalq turnirinin açılış mərasiminə nazirlikdən kimsə gəlməyib.

Qeyd olunur ki, Fərid Qayıbovun başçılıq etdiyi nazirliyin rəsmiləri bundan əvvəl dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunan oyunda da iştirak etməyiblər.



Gənclər və İdman Nazirliyinin rəhbərliyindən fərqli olaraq "Böyük Dəbilqə" yarışının açılış mərasiminə Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri təşrif buyurub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev turnirə gəlib, idmançıların mükafatlandırılmasında iştirak ediblər.

Ötənilki cüdo üzrə "Böyük Dəbilqə" yarışının açılış mərasimində Gənclər və idman nazirinin müavini Mariana Vasileva iştirak etsə də, o, Azərbaycanın bədii gimnastika yığmasında baş məşqçi çalışan zaman gimnastları döyməkdə ittiham olunduğu üçün Gənclər və İdman Nazirliyindən qovulub.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 2021-ci ildə bolqar Mariana Vasilevanı Gənclər və idman nazirinin müavini təyin etmişdi. Ancaq Mariana Vasileva fəaliyyətindəki ciddi nöqsanlara görə nazirlikdən kənarlaşdırılıb.

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Azərbaycan yığmasının keçmiş baş məşqçisi Mariana Vasilevanın kobud etik qayda pozuntularına yol verdiyini bəyan edərək, onu ömürlük diskvalifikasiya edib.

Gənclər və idman naziri Fərid Qayıbovun da vəzifədən kənarlaşdırılacağı iddia olunur.

Bakıda keçirilən cüdo yarışının açılış mərasiminə gəlincə, əvvəlcə turnirdə iştirak edən 36 ölkənin bayrağı tamaşaçılara təqdim olunub.



Ardından Azərbaycan cüdoçularının ötən il əldə etdikləri nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Bakının belə mötəbər turnirə ev sahibliyi etməsinin ölkə idmanının inkişafı baxımından əhəmiyyətindən danışıb. O, Azərbaycan cüdoçularının "Paris-2024" Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazandığını xatırladıb. Federasiya rəhbəri milli komandanın üzvlərinin bu turnirdə də ümidləri doğruldacaqlarına inandığını bildirib. R.Nəbiyev yarışın təşkilində dəstəyinə görə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerə təşəkkür edib.

M.Vizer Paris Olimpiadasında qazanılan uğurlara görə Azərbaycanı təbrik edib, "Azərbaycandan zövq alın" deyib. "Böyük Dəbilqə"də iştirak edən bütün idmançılara uğurlar arzulayan İJF rəhbəri, turniri açıq elan edib.

Azərbaycan Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirildikdən sonra final görüşlərinə start verilib.

Onu da qeyd edək ki, fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə"də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur. Turnirdə ümumilikdə 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparır.
шаблоны для dle 11.2

Xəbər lenti
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025
18 02 2025